Saatlıda “Vətənpərvərlik nümunəsi:qazilik və şəhidlik” mövzusunda tədbir keçirilib
03 noyabr 2021, 07:48

Noyabrın 3-də Saatlı rayonunda “Vətənpərvərlik nümunəsi:qazilik və şəhidlik” mövzusunda tədbir keçirilib.

Tədbirdə təşkilatçı qurumların nümayəndələri  - Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin İmişli bölgəsi üzrə şöbəsinin əməkdaşı Elvin İbrahimov, Saatlı rayon Gənclərin İnkişaf və Karyera Mərkəzinin direktoru Gülnar Babaşova, rayon Tarix-diyarşünaslıq muzeyinin direktoru Sürayyə Zeynalova, Saatlı Rayon Heydər Əliyev Mərkəzi və "Saatlı Gənclər Evi" sosial xidmət müəssisəsinin əməkdaşları, qazilər, gənclər və məktəb şagirdləri iştirak ediblər.

Çıxışlarda qeyd olunub ki, 44 günlük Vətən müharibəsi bir xalq kimi bizim gücümüzü göstərdi. Bildirilib ki, bu müharibədə Azərbaycan bir dövlət kimi potensialını nümayiş etdirdi və Azərbaycan xalqı da, dövləti də Qarabağın işğaldan azad olunması ilə bağlı qüvvəsini ortaya qoydu.

Tədbir fikir mübadiləsi ilə yekunlaşıb.