Noyabrın 17-də Saatlı rayonunda “Uşaq hüquqlarına əməl edək: erkən nikahlara yox deyək” mövzusunda tədbir keçirilib.
Tədbirdə təşkilatçı qurumların nümayəndələri - Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin İmişli bölgəsi üzrə şöbəsinin əməkdaşı Elvin İbrahimov, Saatlı rayon Gənclərin İnkişaf və Karyera Mərkəzinin direktoru Gülnar Babaşova, rayon Tarix-diyarşünaslıq muzeyinin direktoru Sürayyə Zeynalova, Saatlı Gənclər Evi sosial xidmət müəssisəsinin əməkdaşı Anar Səfərxanlı, V.Əsgərov adına şəhər 4 nömrəli tam orta məktəbin müəllimləri və şagirdlər iştirak ediblər.
Çıxışlarda bildirilib ki, erkən nikahın qarşısının alınması hər zaman dövlətimizin qarşısında duran prioritet məsələdir. Qeyd edilib ki, bu istiqamətdə bir sıra qanun və normativ hüquqi aktlar qəbul olunub. O da vurğulanıb ki, erkən yaşda qurulan nikahlar 18 yaşı tamam olmayan yeniyetmələrin sağlamlığına, gələcək həyatlarına ciddi mənfi təsir göstərir.