Saatlıda “Sülh və birgəyaşayışın əsas şərtləri” mövzusunda tədbir keçirilib
30 avqust 2022, 04:03

Avqustun 30-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) İmişli bölgəsi üzrə şöbəsi, Saatlı Rayon İcra Hakimiyyəti və rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə “Sülh Aylığı” çərçivəsində “Sülh və birgəyaşayışın əsas şərtləri” mövzusunda tədbir keçirilib.

Tədbirdə DQİDK-nın İmişli bölgəsi üzrə şöbəsinin əməkdaşı Elvin İbrahimov, İcra Hakimiyyətinin məsul əməkdaşı Mehriban Ağayeva, Gənclər və İdman İdarəsinin baş məsləhətçisi Əmrah Əhmədov, rayon Mərkəzi Kitabxana Sisteminin əməkdaşları və mədəniyyət işçiləri iştirak ediblər.

Çıxışlarda mövzunun əhəmiyyətindən bəhs olunub. Bildirilib ki, müasir dövrdə dünyanın bir çox yerlərində  baş verən müharibələr, qarşıdurmalar və onların səbəb olduğu insan tələfatı dinindən, milliyyətindən asılı olmayaraq  hər kəsi narahat  etməlidir. Eyni zamanda, dünyada sülhün və əmin-amanlığın qorunması üçün Azərbaycan xalqının sahib olduğu multikulturalizm və tolerantlıq ənənələrinin öyrənilməsi və təbliğ  edilməsinin əhəmiyyətindən danışılıb.

Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.