Saatlıda “Qızları təhsildən yayındırmağın hüquqi və mənəvi məsuliyyətləri” mövzusunda maarifləndirici tədbir keçirilib
18 aprel 2024, 06:50

Aprelin 18-də  Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) İmişli bölgəsi üzrə şöbəsinin təşkilatçılığı ilə “Qızları təhsildən yayındırmağın hüquqi və mənəvi məsuliyyətləri”  mövzusunda maarifləndirici tədbir keçirilib.

Tədbirdə DQİDK-nın İmişli bölgəsi üzrə şöbəsinin əməkdaşı Elvin İbrahimov, Saatlı “Gənclər Evi” sosial xidmət müəssisəsinin əməkdaşı Xanımbikə İsmayılova,  Saatlı şəhər V. Əsgərov adına 4 nömrəli tam orta məktəbin müəllim və şagirdləri  iştirak ediblər.

Çıxışlar zamanı mövzunun aktuallığından bəhs olunub. Qeyd olunub ki, son illər Azərbaycanda ziyalı, savadlı qadınların özlərini inkişaf etdirmələri üçün münasib şərait yaradılıb. Qızların cinsi ayrı-seçkilik edilmədən təhsil almaları üçün lazım olan bütün addımlar atılıb. Lakin bu görülən işlərə baxmayaraq, kütləvi olmasa da, bəzi bölgələrdə erkən nikahlar və bunun kimi müxtəlif səbəblərdən qızların təhsildən yayınması halları baş verir. Bütün bunların qarşısını almaq üçün  qızların təhsilə cəlb olunması istiqamətində işlərin aparıldığı və bu kimi maarifləndirici tədbirlərin həyata keçirildiyi diqqətə çatdırılıb.

Tədbir  diskussiya şəkilində davam etdirilib, iştirakçıların sualları cavablandırılıb.