Noyabrın 4-də Saatlı şəhəri V. Əsgərov adına 4 nömrəli tam orta məktəbində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Mil-Muğan regional bölməsi, Saatlı Rayon İcra Hakimiyyəti və Saatlı rayon Gənclər və İdman sektorunun birgə təşkilatıçılığı ilə “Uşaq Hüquqları Aylığı” çərçivəsində "Uşaq hüquqlarının qorunması: erkən nikah problemi və ona qarşı mübarizə yolları" mövzusunda maarifləndirmə tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Mil-Muğan regional bölməsinin əməkdaşı Elvin İbrahimov, Gənclər və İdman sektorunun baş məsləhətçisi Əmrah Əhmədov, müəllimlər və şagirdlər iştirak ediblər.
Natiqlər erkən nikahların mənəvi, sosial və hüquqi baxımdan yaratdığı problemlər haqqında danışıblar. Erkən nikahı insan hüquqlarının pozulması kontekstində izah edən natiqlər qeyd ediblər ki, Azərbaycanda uşaqların hüquq və azadlıqları dövlətimiz tərəfindən qorunur.
Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.