Saatlıda marifləndirmə tədbiri keçirilib
21 oktyabr 2024, 09:44

Oktyabrın 21-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Mil-Muğan regional bölməsi, Saatlı Rayon İcra Hakimiyyəti və rayon Gənclər və İdman sektorunun birgə təşkilatıçılığı ilə “Qloblaşma dövründə gənclər arasında milli ailə dəyərlərinin əhəmiyyətinin  təbliği, onun qoruması və möhkəmləndirilməsi” mövzusunda marifləndirmə tədbiri keçirilib.

Tədbirdə DQİDK-nın Mil-Muğan regional bölməsinin əməkdaşı Elvin İbrahimov, Gənclər və İdman sektorunun baş məsləhətçisi Əmrah Əhmədov, rayon Tibb Kollecinin müəllimləri və tələbələri iştirak ediblər. 

Çıxışlarda maarifləndirmə tədbirlərinin əhəmiyyətindən danışılıb. Qloblaşma dövründə milli ailə dəyərlərinin qoruması və möhkəmləndirilməsinin vacibliyi diqqətə çatdırılıb.

Sonda iştirakçıların sualları cavablandırılıb.