Saatlıda maarifləndirmə tədbiri keçirilib
14 iyul 2023, 08:57
İyulun 14-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) İmişli bölgəsi üzrə şöbəsi və Saatlı rayonu Varxankənd kənd məscidi dini icmasının birgə təşkilatçılığı ilə “Qızların təhsil almasının önəmi: dini qaynaqlar nə deyir” mövzusunda tədbir keçirilib.
Tədbirdə DQİDK-nın İmişli bölgəsi üzrə şöbəsinin əməkdaşı Elvin İbrahimov, Varxankənd kənd məscidinin dini icma sədri və imamı Yadigar Aslanov, dini icma üzvləri və ictimaiyyət nümayənədləri iştirak ediblər.
Seminarda qızların təhsilli olmasının vacibliyi vurğulanaraq Azərbaycan dövlətinin gender bərabərliyinin qorunmasına proqramlarının mahiyyəti diqqətə çatdırılıb.