Saatlıda maarifləndirmə tədbiri keçirilib
24 may 2022, 07:12

Mayın 24-də  Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) İmişli bölgəsi üzrə şöbəsi,   Saatlı Rayon Gənclər və İdman İdarəsi, Sabirabad regional Mədəniyyət və turizm idarəsinin Saatlı rayon üzrə nümayəndəliyinin birgə təşkilatçlığı ilə "İnsan hüquqları aylığı” çərçivəsində “İnsanların inanc azadlığına hörmət hüququ mənəvi borcumuzdur” mövzusunda  tədbir keçirilib.

Keçirilən  tədbirdə DQİDK-nın İmişli bölgəsi üzrə şöbəsinin əməkdaşları  Elvin İbrahimov, Cəfərli Cəfərsadiq,  Saatlı rayon Gənclər və İdman İdarəsinin baş məsləhətçisi Əmrah Əhmədov, Sabirabad regional Mədəniyyət və turizm idarəsinin Saatlı rayon üzrə nümayəndəliyinin baş məsləhtçisi İlkin Zeynalov,  Saatlı rayon  Mərkəziləşdirilmiş Kitabxana Sistemi direktoru Həqiqət  Həziyeva, Rayon  Mərkəziləşdirilmiş Kitabxana Sisteminin əməkdaşları  və  mədəniyyət işçiləri  iştirak ediblər.

Çıxışlarda qeyd edilib ki,  Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin və digər dövlət qurumlarının birgə təşəbbüsü ilə hər il 18 may – 18 iyun tarixlərində ölkəmizdə “İnsan Hüquqları Aylığı” keçirilir və aylıq çərçivəsində təşkil olunan belə tədbirlər ölkəmizdə insan hüquqlarının təbliğində, insanların hüquq düşüncəsinin və hüquq mədəniyyətinin daha da inkişaf etdirilməsində, əhalinin müxtəlif qruplarının hüquqlarının müdafiəsində və onların problemlərinin həllində önəmli rol oynayır. Daha  sonra qeyd edilib ki, insan hüquqlarının və azadlıqlarının təmin edilməsini dövlətin ali məqsədi kimi bəyan edən ilk milli Konstitusiyamız Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə qəbul olunub. Azərbaycanda mövcud olan dinlərarası, məzhəblərarası sülh, əmin-amanlıq və qarşılıqlı hörmət çərçivəsində birgəyaşayış modeli bütün dünyaya bir nümunədir.

Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.