Saatlıda “Dinin siyasiləşdirilməsi milli təhlükəsizliyə və mənəvi dəyərlərə təhdid kimi” mövzusunda tədbir keçirilib
13 dekabr 2022, 08:51
Dekabrın 13-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) İmişli bölgəsi üzrə şöbəsinin təşkilatçılığı ilə Saatlıda “Dinin siyasiləşdirilməsi milli təhlükəsizliyə və mənəvi dəyərlərə təhdid kimi” mövzusunda tədbir keçirilib.
Tədbirdə DQİDK-nın İmişli bölgəsi üzrə şöbəsinin əməkdaşları Elvin İbrahimov, Cəfərsadiq Cəfərli, din xadimləri və dini icma sədrləri iştirak ediblər.
Çıxışlar zamanı mövzunun əhəmiyyətindən danışılıb. Milli təhlükəsizliyimizə və mənəvi dəyərlərimizə qarşı təhdidlərdən bəhs edilib. Ölkəmizdə dini radikalizmə qarşı həyata keçirilən mübarizə tədbirləri qeyd olunub.
Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.