Oktyabrın 7-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Mil-Muğan regional bölməsi və Saatlı Rayon İcra Hakimiyyətinin birgə təşkilatıçılığı ilə “Dinin siyasiləşdirilməsi milli təhlükəsizliyə təhdid kimi” mövzusunda tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Mil-Muğan regional bölməsinin əməkdaşı Elvin İbrahimov, din xadimləri, dini icma sədrləri və qadın dini ayinlərin icraçıları iştirak ediblər.
Çıxışlarda qeyd edilib ki, dinin siyasiləşdirilməsi, siyasi alət kimi istifadə edilməsi milli təhlükəsizliyə təhdiddir. O da vurğulanıb ki, respublikamızda dinlər və məzhəblərarası qarşıdurmalar baş verməyib, milli, dini və məzhəb ayrı-seçkiliyinə yol verilmir, eləcə də hər kəsin vicdan azadlığına təminat verilir.
Tədbir müzakirələrlə davam etdirilib.