Saatlıda “Dini radikalizm, xurafat və ekstremizmin qarşısının alınmasında dövlət orqanlarının və vətəndaş cəmiyyətinin rolu” mövzusu müzakirə olunub
01 may 2024, 09:16

Mayın 1-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) İmişli bölgəsi üzrə şöbəsi və Saatlı Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Dini radikalizm, xurafat və ekstremizmin qarşısının alınmasında dövlət orqanlarının və vətəndaş cəmiyyətinin rolu” mövzusunda maarifləndirici tədbir keçirilib.

Keçirilən tədbirdə Saatlı Rayon İcra Hakimiyyətinin başçısı Elmir Bağırov, DQİDK-nın İmişli bölgəsi üzrə şöbəsinin müdiri Cavaşir Bəhrəmov, şöbənin əməkdaşı Elvin İbrahimov, rayon hüquq-mühafizə orqanlarının rəhbərləri,  idarə, təşkilat rəhbərləri, din xadimləri, dini icma sədrləri və ictimaiyyət nümayəndləri iştirak ediblər.
Çıxışlarda dövlət-din münasibətlərinin yüksək səviyyədə tənzimlənməsi, dini radikalizm və ekstremizmə qarşı səmərəli mübarizənin aparılması məqsədilə müxtəlif formatlarda silsilə tədbirlərin həyata keçirildiyi qeyd edilib. Daha sonra dini radikalizm, ekstremizm və onun fəsadlarından, radikalizmə qarşı mübarizədə maarifləndirici üsullardan danışılıb.
Dini radikalizmə qarşı mübarizənin hüquqi, ideoloji və iqtisadi istiqamətlərdə aparıldığı qeyd edilərək, dini ekstremizm və radikalizmə qarşı səmərəli mübarizə istiqamətində birgə səylərin müzakirə edilməsinin, ayrı-ayrı qurumların səylərinin birləşdirilməsinin, fəaliyyətinin əlaqələndirilməsinin əhəmiyyəti diqqətə çatdırılıb.

Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.