Saatlıda dini fanatizm və radikalizm mövzusu müzakirə olunub
16 mart 2022, 02:01

Martın 15-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) İmişli bölgəsi üzrə şöbəsi, Saatlı Rayon İcra Hakimiyyəti və Dövlət Təhlükəsizliyi Xidmətinin Saatlı rayon şöbəsinin   birgə   təşkilatçılığı  ilə  “Dini fanatizm, radikalizm və ekstremizmin mahiyyəti və təhlükələri” mövzusunda tədbir keçirilib.

Tədbirdə DQİDK-nın İmişli bölgəsi üzrə şöbəsinin əməkdaşı Elvin İbrahimov, Saatlı Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Elşən Əzizov, Dövlət Təhlükəsizliyi Xidmətinin Saatlı rayon şöbəsinin əməkdaşları, din xadimləri və dini icma sədrləri iştirak ediblər.

Çıxışlarda dini  fanatizm, radikalizm və ekstremizmin mahiyyəti, yaratdığı fəsadlar və təhlükələri haqqında ətraflı məlumat verilib.

Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulan dövlət-din münasibətlərinin bu gün Prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyi qeyd edilib. O da vurğulanıb ki, respublikamızda ictimai-siyasi və dini sabitlik hökm sürür.

Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.