Qusar və Siyəzən rayonlarında maarifləndirmə tədbirləri keçirilib.
Oktyabrın 4-də Qusar şəhərində “Yeniyetmə və gəncləri radikalizmdən qoruyaq” mövzusunda baş tutan tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Quba–Xaçmaz regional bölməsinin baş məsləhətçisi Fərid Məmmədov, Qusar rayon Gənclər və İdman sektorunun müdir müavini Ramin Məcidov, müəllimlər, gənclər və yeniyetmələr iştirak ediblər.
***
Daha bir tədbir Dövlət Komitəsinin regional bölməsinin aparıcı məsləhətçisi Gündüz Səmədli, Siyəzən rayon üzrə Gənclər və İdman sektorunun baş məsləhətçisi Nuran Nurullayev, gənclər və yeniyetmələrin iştirakı ilə Siyəzəndə “Məktəblilərin mənəvi dünyagörüşünə təsir edən amillər” mövzusunda keçirilib.
Çıxışlarda dini radikalizmin fəsadlarından, dini ekstremizmlə mübarizə istiqamətində görülən işlərdən bəhs olunub. Eyni zamanda məktəblilərin mənəvi dünyagörüşünə təsir edən amillərdən danışılıb.
Hər iki tədbir müzakirələrlə yekunlaşıb.