Azərbaycanın bölgələrində maarifləndirmə tədbirləri davam etdirilir.
Ağcabədi Pedaqoji Kollecində “Antinarkotik təbliğat sahəsində fəaliyyətin gücləndirilməsi, dini radikalizm və ekstremizm, erkən nikah və onun fəsadları” mövzusu müzakirə olunub. Tədbirdə Rayon Polis Şöbəsi rəisinin birinci müavini Elmir Dəmirçiyev, Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Xətai Zeynalov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Ağcabədi bölgəsi üzrə şöbəsinin əməkdaşı Cavid Məlikzadə, müəllimlər və tələbələr iştirak ediblər.
Masallı rayonunun Ərkivan qəsəbəsi Z.Nəcəfov adına 2 saylı tam orta məktəbində isə “Dini radikalizm və ekstremizimlə mübarizədə gənclərin rolu” mövzusunda tədbir keçirilib. Tədbir Dövlət Komitəsinin Masallı bölgəsi üzrə şöbəsinin müdiri Elvin Hüseynli, Rayon Gənclər və İdman sektorunun müdiri Sabiq Cahangirov, müəllimlər və şagirdlərin iştirakı ilə baş tutub.
Dövlət Komitəsinin İmişli bölgəsi üzrə şöbəsinin əməkdaşı Elvin İbrahimov, Saatlı “Gənclər Evi” sosial xidmət müəssisəsinin əməkdaşı Anar Səfərxanlı, rayon Tarix-Diyarşünaslıq Muzeyinin direktoru Sürəyya Zeynalova, Vətən müharibəsi iştirakçıları və gənclərin iştirakı ilə Saatlıda “Vətən uğrunda şəhadət ən ali məqamdır” mövzusunda tədbir keçirilib.
Daşkəsən şəhər A.Mürsəlov adına 2 nömrəli tam orta məktəbində baş tutan tədbirdə Dövlət Komitəsinin Gəncə bölgəsi üzrə şöbəsinin əməkdaşı Şahmar Verdiyev, Rayon İcra Hakimiyyətinin məsul işçisi Elmar Əliyev, rayon Gənclər və İdman sektorunun baş məsləhətçisi Rəşail Babayev, müəllimlər və şagirdlər, Goranboy rayonu Əlirzalı kənd tam orta məktəbində “Vətənpərvər gəncliyin yad təsirlərə qarşı mübarizəsi” mövzusunda keçirilən tədbirdə isə bölgə şöbəsinin əməkdaşı Vüsal Hüseynli, Xanqərvənd kənd məscidinin icma sədri Rəsul Həşimov, eləcə də məktəblilər iştirak ediblər.
Çıxışlarda mövzuların əhəmiyyətindən bəhs olunub. Maarifləndirmənin vacibliyi diqqətə çatdırılıb. Eyni zamanda respublikamızda dini radikalizm və ekstremizmə qarşı həyata keçirilən mübarizə tədbirlərindən danışılıb.