Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) bölgə şöbələrinin digər müvafiq qurumlarla birgə təşkilatçılığı ilə regionlarda müxtəlif mövzulara həsr olunmuş maarifləndirmə tədbirləri keçirilib.
Zaqatala: Zaqatala İslam Kollecində “Uşaqların təhsildən yayındırılmasına qarşı mübarizədə dini icmaların rolu” mövzusu müzakirə olunub. Tədbir bölgə şöbəsinin müdiri İlqar Vəliyev, Rayon İcra Hakimiyyətinin məsul əməkdaşı Ramin Həsənov, Qafqaz Müsəlmanları İdarəsinin qazısı Malik Bilalov, din xadimləri və dini icma sədrlərinin iştirakı ilə baş tutub.
***
Lənkəran: rayonun Gərmətük qəsəbə, Horavenc, Zövlə kənd məscidlərində “Zəfərə aparan yol: milli və dini həmrəylik” mövzusunda tədbirlər keçirilib. Tədbirlərdə bölgə şöbəsinin əməkdaşları Emin Həmidli, Səyyad Babakişiyev, Ağaəli Həsənov, məscidlərin imamları, eləcə də ictimaiyyət nümayəndələri iştirak ediblər.
***
Lerik: rayonun Pirəsora kənd məscidində, həmçinin Pirəsora kənd tam orta məktəbində də maarifləndirmə tədbirləri baş tutub. Tədbirə bölgə şöbəsinin əməkdaşı Ağaəli Həsənov, müəllimlər və şagirdlər qatılıblar.
***
Göygöl: Topalhəsənli kənd tam orta məktəbində isə “Narkomaniyaya qarşı mübarizədə dini icmaların rolu” mövzusu müzakirə edilib. Tədbirdə Dövlət Komitəsinin Gəncə bölgəsi üzrə şöbəsinin əməkdaşı Orxan Seyidov, müəllimlər, məktəblilər, eləcə də ictimaiyyət nümayəndələri iştirak ediblər.
***
Xızı: şəhər Rafiq İsmayılov adına tam orta məktəbində “Uşaq hüquqlarının qorunması: erkən nikah problemi və ona qarşı mübarizə yolları” mövzusunda tədbir keçirilib. Tədbirdə Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsi müdirinin müavini Abdulla Hüseynov, Dövlət Komitəsinin Sumqayıt bölgəsi üzrə şöbəsinin müdiri Yalçın Abdullayev, İnsan hüquqları üzrə müvəkkilin Şimal regional mərkəzinin rəhbəri Bəhruz Əfəndiyev, müəllimlər, şagirdlər, eyni zamanda rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
***
Samux: rayonun Yuxarı Ağasıbəyli kənd tam orta məktəbində “Erkən nikahın fəsadları” mövzusu müzakirə edilib. Tədbir DQİDK-nın Gəncə bölgəsi üzrə şöbəsinin əməkdaşı Rövşən Hacıyev, Rayon Polis Şöbəsinin məsul əməkdaşı Arzu Məmmədov, müəllimlərin və şagirdlərin iştirakı ilə baş tutub.
***
Yardımlı: şəhər V. Nəciyev adına 4 saylı tam orta məktəbində isə "Erkən nikah: hüquqi və mənəvi müstəvidə" mövzusunda tədbir keçirilib. Qeyd olunan tədbirə bölgə şöbəsinin əməkdaşı Pərvin İmanov, Rayon Gənclər və İdman sektorunun müdiri Şəhriyar Şabıyev, müəllimlər və şagirdlər qatılıblar.
Çıxışlarda bur cür maarifləndirmə tədbirlərinin vacibliyi diqqətə çatdırılıb. Gənclərin dini radikalizm, ekstremizm və digər zərərli vərdişlərdən qorunması, eləcə də milli-mənəvi dəyərlərin və vətənpərvərliyin təbliğ olunması istiqamətdə DQİDK-nın həyata keçirdiyi işlərin xüsusi əhəmiyyət kəsb etdiyi bildirilib.
Sonda iştirakçıların sualları cavablandırılıb.