Respublikamızın bölgələrində maarifləndirmə tədbirləri keçirilib
19 oktyabr 2023, 08:10

Azərbaycanın bölgələrində müxtəlif mövzulara həsr olunmuş maarifləndirmə tədbirləri keçirilib.

Saatlı rayonunda “Narkomaniyaya qarşı mübarizədə dini icmaların rolu”  mövzusu müzakirə olunub. Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) İmişli bölgəsi üzrə şöbəsinin əməkdaşı Elvin İbrahimov, dini icma sədrləri, din xadimləri və gənclər iştirak ediblər.

Növbəti maarifləndirmə tədbiri Kürdəmir rayonunda baş tutub. “Dini məzhəbçilik meyillərinin milli birliyə və dini təhlükəsizliyə təsiri” mövzunun müzakirəsinə DQİDK-nın Göyçay bölgəsi üzrə şöbəsinin əməkdaşı Seyfəli Umarov, rayon Peşə Liseyinin müəllimləri, tələblər, eləcə də din xadimləri qatılıblar.

Daha bir tədbir Masallı rayon Ərkivan qəsəbəsi C.Cabarlı adına 1 saylı tam orta məktəbində “Dini radikalizm, erkən nikah və insan alveri ümumbəşəri bəladır” mövzusunda bölgə şöbəsinin müdiri Elvin Hüseynli, ictimaiyyət nümayəndələri, müəllimlər və məktəblilərin iştirakı ilə keçirilib.

Sumqayıt şəhəri Yusif Məmmədəliyev adına 31 saylı tam orta məktəbində “Dini xurafat və dini fanatizm” mövzusunda tədbir keçirilib. Tədbirdə Şəhər Baş Polis İdarəsinin əməkdaşı Azər Bağırov, DQİDK-nın Sumqayıt bölgəsi üzrə şöbəsinin əməkdaşları Ülvi Məmmədov, Təbib Məmmədov, müəllimlər və şagirdlər iştirak ediblər.

Lənkəranın Tükəvilə kənd tam orta məktəbində isə “Radikal və ekstremist təmayüllü dini cərəyanların mahiyyəti və gənclərə psixoloji təsir üsulları” mövzusu müzakirə olunub. Tədbir DQİDK-nın Lənkəran bölgəsi üzrə şöbəsinin əməkdaşları Emin Həmidli, Səyyad Babakişiyev, müəllimlər və şagirdlərin iştirakı ilə baş tutub.  

Kürdəmir rayonunda "Zəfərə aparan yol: milli və dini həmrəylik" mövzusunda tədbir keçirilib. Tədbirdə DQİDK-nın Göyçay bölgəsi üzrə şöbəsinin əməkdaşı Seyfəli Umarov, rayon Heydər Əliyev mərkəzinin direktoru Dürriyə Seyidova və mərkəzin əməkdaşları iştirak ediblər.

Çıxışlarda mövzuların əhəmiyyəti qeyd olunub. Din maarifləndirmə sahəsində təhsil müəssisələrinin, eləcə də din xadimlərinin rolu vurğulanıb.

Sonda iştirakçıların sualları cavablandırılıb.