Regionlarda maarifləndirmə tədbirləri keçirilib.
İyunun 25-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Zaqatala bölgəsi üzrə şöbəsi, Zaqatala Rayon İcra Hakimiyyəti (RİH) və Zaqatala rayon N.Gəncəvi adına Mərkəzi Kitabxananın (MKS) birgə təşkilatçılığı ilə “Multikultural cəmiyyətdə məzhəbçilik və dini təəssübkeşlik meyillərinin yaratdığı problemlər” mövzusunda tədbir keçirilib. Tədbirdə DQİDK-nın bölgə şöbəsinin müdiri İlqar Vəliyev, RİH-nin məsul əməkdaşı Ramin Həsənov və mədəniyyət işçiləri iştirak ediblər.
***
İyunun 25-də Mingəçevirdə “Qloballaşma dövründə gənclər arasında milli ailə dəyərlərinin əhəmiyyətinin təbliği, onun qorunması və möhkəmləndirilməsi” mövzusunda konfrans keçirilib. Tədbirdə DQİDK-nın Yevlax bölgəsi üzrə şöbəsinin baş məsləhətçisi Əlisa Fərəcov, müvafiq qurumların əməkdaşları, ziyalılar və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Çıxışlarda maarifləndirmə tədbirlərinin əhəmiyyətindən danışılıb. Bu sahədə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin fəaliyyəti yüksək qiymətləndirilib. Sonda iştirakçıların sualları cavablandırılıb.