Respublikamızın bölgələrində maarifləndirmə tədbirləri davam etdirilir.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Göyçay bölgəsi üzrə şöbəsi və müvafiq qurumların birgə təşkilatçılığı ilə Ucar şəhər 2 saylı tam orta məktəbində "Narkomaniya, erkən nikah və dini radikalizmin təhlükələri" "Yeniyetmə və gənclər arasında təhlükəsiz reproduktiv sağlamlıq davranışlarının və sağlam həyat vərdişlərinin formalaşdırılması", Zərdabda isə “Vətənpərvərlik və milli-mənəvi dəyərlərimiz”, “Tarixi abidələrimiz-milli kimliyimizdir” mövzularında maarifləndirmə tədbirləri keçirilib. Tədbirlərdə Dövlət Komitəsinin Göyçay bölgəsi üzrə şöbəsinin əməkdaşları Rauf Nəsirov, Sədi Hüseynov və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Qax rayonunun Baydarlı kənd tam orta məktəbində “Məişət zorakılığının qarşısının alınması və onunla mübarizə”, Zaqatala rayonu Aşağı Çardaxlar kənd tam orta məktəbində “Yeniyetmələr və gənclər arasında təhlükəsiz reproduktiv sağlamlıq davranışlarının və sağlam həyat tərzi vərdişlərinin formalaşdırılması”, Balakən rayonu Talalar kənd 1 nömrəli tam orta məktəbində “Uşaqların humanizm və tolerantlıq ruhunda tərbiyəsinin mənəvi və psixoloji aspektləri” mövzularında tədbirlər keçirilib. Tədbirlərə DQİDK-nın Zaqatala bölgəsi üzrə şöbəsinin müdiri İlqar Vəliyev, şöbənin əməkdaşları Tərlan Nəzərov, Ruslan Əfəndiyev və aidiyyatı qurumların nümayəndələri, həmçinin müəllimlər və yuxarı sinif şagirdləri qatılıblar.
Mingəçevir şəhərində yerləşən Ağdam rayon 51 saylı tam orta məktəbində "Məktəblilərin mənəvi dünyagörüşünə təsir edən amillər" mövzusunda keçirilən tədbirdə isə DQİDK-nın Yevlax bölgəsi üzrə şöbəsinin baş məsləhətçisi Əlisa Fərəcov, Mingəçevir Valideynlər Assosiasiyasının İdarə Heyətinin üzvü Yeganə Nəbiyeva, məktəbin müəllimləri, şagirdləri və ictimaiyyət nümayəndələri, Masallıda "Erkən nikaha yox deyək" mövzusunda baş tutan tədbirdə DQİDK-nın Masallı bölgəsi üzrə şöbəsinin müdiri Elvin Hüseynli, rayon Tarix Diyarşünaslıq Muzeyinin direktoru Əntiqə Tağıyeva, eləcə də Masallı Dövlət Regional Kollecinin tələbələri iştirak ediblər.
Lənkəran şəhəri A.Məhərrəmov adına 7 saylı tam orta məktəbində “Məktəblilərin mənəvi dünyagörüşünə təsir edən amillər” mövzusunda tədbir keçirilib. Qeyd olunan tədbirə Dövlət Komitəsinin Lənkəran bölgəsi üzrə şöbəsinin əməkdaşı Emin Həmidli, İnsan Hüquqları üzrə Müvəkkilin (Ombudsman) Cənub Regional Mərkəzinin rəhbəri Ziya İsmayılov, müəllimlər və yuxarı sinif şagirdləri qatılıblar.
Çıxışlarda mövzuların əhəmiyyətindən bəhs olunub. Bu cür maarifləndirmə tədbirlərinin keçirilməsinin zəruriliyi qeyd edilib.
Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.