Bölgələrdə maarifləndirmə tədbirləri davam etdirilir.
Masallı rayonunda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Masallı bölgəsi üzrə şöbəsi və Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə İdeoloji maarifləndirmə konsepsiyasına uyğun olaraq “Gender bərabərliyi” mövzusunda tədbir keçirilib. Tədbirdə DQİDK-nın bölgə üzrə şöbə müdiri Elvin Hüseynli, Rayon İcra Hakimiyyəti başçısının müavini Aybəniz Qafarova, Ombudsmanın Cənub Regional Mərkəzinin rəhbəri Ziya İsmayılov, rayon Gənclər və İdman İdarəsinin rəisi Sabiq Cahangirov, eləcə də ictimaiyyət nümayəndələri iştirak ediblər.
Daha bir maarifləndirmə tədbiri Qubada baş tutub. “Narkomaniyanın fiziki, mənəvi və sosial fəsadları” mövzusunda keçirilən tədbirə DQİDK-nın Quba bölgəsi üzrə şöbəsinin müdiri Ramin Xudayev, İnsan Hüquqları üzrə Müvəkkilin (Ombusmanın) Şimal regional Mərkəzinin rəhbəri Bəhruz Əfəndiyev, Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məslələr şöbəsinin müdir müavini Anar Məmmədov, Quba Dövlət Sosial-İqtisadi Kollecinin kollektivi və tələbələr iştirak edib.
DQİDK-nın Göyçay bölgəsi üzrə şöbəsi və Kürdəmir Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Kürdəmir şəhər "Cümə " məscidində "Uşaqların doğulanadək cins seçiminin qarşısının alınmasında dini icmaların rolu" mövzusunda tədbir keçirilib. Tədbirdə DQİDK-nın Göyçay bölgəsi üzrə şöbəsinin əməkdaşı Seyfəli Umarov, Kürdəmir RİH -in əməkdaşı Daşqın Rüstəmov, din xadimləri və dini icma sədrləri iştirak ediblər.
Ucarda “Uşaqların təhsildən yayınması və baxımsızlığının qarşısının alınması” və “Ailələrdə məişət zorakılığı hallarının baş vermə səbəbləri” mövzularında baş tutan tədbirdə DQİDK-nın Göyçay bölgəsi üzrə şöbəsinin əməkdaşı Rauf Nəsirov, müvafiq qurumların nümayəndələri, eləcə də gənclər iştirak ediblər.
Dövlət Komitəsinin Ağcabədi bölgəsi üzrə şöbəsi və Füzuli Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Horadiz şəhəri 1 saylı tam orta məktəbində “Uşaqlara qarşı zorakılıq yolverilməzdir” mövzusunda da tədbir keçirilib. Qeyd olunan tədbirdə Dövlət Komitəsinin Ağcabədi bölgəsi üzrə şöbəsinin əməkdaşı İlkin Bayandurov, İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Ülkər Bayramlı, Rayon Polis Şöbəsinin əməkdaşı Elnur Ələkbərov, müəllimlər və yuxarı sinif şagirdləri iştirak ediblər.
Çıxışlarda mövzuların aktuallığından bəhs olunub. Maarifləndirmə tədbirlərinin əhəmiyyəti qeyd edilib.
Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.