Respublikamızda Xocalı soyqırımının qurbanları anılıb
27 fevral 2023, 01:56

Bölgələrdə Xocalı faciəsinin otuz birinci ildönümü münasibətilə silsilə tədbirlər keçirilir.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Yevlax bölgəsi üzrə şöbəsi və şəhər Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə baş tutan tədbirdə DQİDK-nın Yevlax  bölgəsi üzrə şöbəsinin əməkdaşı Valeh Rəşidov, şəhər Heydər Əliyev Mərkəzinin və Gənclər Evi sosial xidmət müəssisəsinin əməkdaşları iştirak ediblər. 

Ağsu rayon Mərkəzi Kitabxanasında keçirilən tədbirə isə DQİDK-nın Şamaxı bölgəsi üzrə şöbəsinin əməkdaşı Tural Vahidov, Ağsu rayon Mədəniyyət Mərkəzinin direktor əvəzi Elçin Novruzov, rayon Gənclər və İdman İdarəsinin əməkdaşları, Xocalı şəhər sakini Əmrah Məmmədov, gənclər və ictimaiyyət nümayəndələri qatılıblar.

DQİDK-nın İmişli bölgəsi üzrə şöbəsinin əməkdaşı Bəhrəm Ədalətoğlu, İmişli rayon Gənclər və İdman idarəsinin müavini Ramin Fərəcov, rayon Heydər Əliyev Mərkəzinin direktoru Lalə Heydərova, Namiq Şirinov adına 5 saylı texniki təmayüllü liseyin müəllim və şagirdlərinin iştirakı ilə daha bir anım tədbiri İmişli rayonunda baş tutub. 

Balakən rayonu Talalar kənd 2 saylı tam orta məktəbində keçirilən anım tədbirinə isə təşkilatçı qurumların nümayəndələri - Rayon İcra Hakimiyyətinin əməkdaşı Türkan Əliyeva, DQİDK-nın Zaqatala bölgəsi üzrə şöbəsinin baş məsləhətçisi Elməddin Atakişiyev, Balakən rayonu “Gənclər evi” sosial xidmət müəssisəsinin əməkdaşları Nurlan Şibliyev və Osman Əliyev, eləcə də müəllimlər və yuxarı sinif şagirdləri qatılıblar.

Daha bir tədbir Dövlət Komitəsinin Göyçay bölgəsi üzrə şöbəsinin təşkilatçılığı ilə UcarGöyçayKürdəmir və Zərdab rayonunda fəaliyyət göstərən din xadimləri və dini icma sədrlərinin iştirakı ilə keçirilib.

Qubada baş tutan anım tədbirinə DQİDK-nın Quba bölgəsi üzrə şöbəsinin əməkdaşı Elnur Ağasiyev, QMİ-nin Quba bölgəsi üzrə qazısı Naib Səttarov,  rayonda fəaliyyət göstərən dini icma sədrləri və din xadimləri qatılıblar. 

DQİDK-nın İmişli bölgəsi üzrə şöbəsinin əməkdaşı Elvin İbrahimov, Saatlı rayonunda fəaliyyət göstərən dini icma sədrləri, din xadimlərinin iştirakı ilə anım mərasimi keçirilib. 

Dövlət Komitəsinin Şamaxı bölgəsi üzrə şöbəsinin müdiri Elnur Mehdiyev, Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Rəşad Əliyev, Qafqaz Müsəlmanları İdarəsinin bölgə qazısı Mərəhmət Mustafayev, din xadimləri, dini icma sədrləri və ictimaiyyət nümayəndələrinin iştirakı ilə daha bir anım tədbiri Şamaxıda baş tutub.

Zaqatala keçirilən anım tədbirində DQİDK-nın Zaqatala bölgəsi üzrə şöbəsinin müdiri İlqar Vəliyev, Yeni Azərbaycan Partiyası Rayon Təşkilatının sədri Habil Qurbanov, rayon N.Gəncəvi adına Mərkəzi Kitabxanalar Sisteminin müdiri vəzifəsini icra edən Leyla Məmmədova, Gənclər və İdman İdarəsinin aparıcı məsləhətçisi İlqar Qədimov, gənclər və rayon ictimaiyyət nümayəndələri, Oğuz rayonu Xaçmaz kənd 2 saylı tam orta məktəbində baş tutan tədbirdə isə DQİDK-nın Şəki bölgəsi üzrə şöbəsinin əməkdaşı Samir Salehov, Oğuz Rayon Gənclər və İdman İdarəsinin rəisi Ramiz Mahmudov, Oğuz rayon təhsil sektorunun  əməkdaşı  Ehtiram  Qəhrəmanov, ziyalılar, şəhid ailələri və qazilər iştirak ediblər.

Gəncə şəhərində baş tutan tədbirə Dövlət Komitəsinin Gəncə bölgəsi üzrə şöbəsinin müdiri Həsən Məmmədov, Gənclər Evinin direktoru Amil Qurbanov, şəhər Gənclər və İdman Baş İdarəsinin rəis müavini Vüsal Mirzəyev, Ombudsmanın Qərb Regional Mərkəzinin rəhbəri Səbuhi Abbasov, KOBİA-nın əməkdaşı Nəzrin Tağıyeva, Gəncə Dövlət Universitetinin kafedra dosenti Elnur Hacıyev və gənclər qatılıblar. 

Mingəçevirdə keçirilən tədbirdə Dövlət Komitəsinin Yevlax bölgəsi üzrə şöbəsinin əməkdaşı Əlisa Fərəcov, Mİngəçevir Gənclər və İdman İdarəsinin rəis müavini Anar Şahbazov, ictimaiyyət nümayəndələri və gənclər iştirak ediblər.

Şəki şəhər Tibb kollecində keçirilən anım tədbirində Dövlət Komitəsinin Şəki bölgəsi üzrə şöbəsinin məsləhətçisi Minarə Calalzadə, şəhər Gənclər və İdman İdarəsinin baş məsləhətçisi Səbahət Bağırova və tələbələr, Sumqayıtda baş tutan tədbirdə isə din xadimləri və ictimiayyət nümayəndələri iştirak ediblər.

Daha bir anım tədbiri Bakı şəhəri, Xətai rayonu Tahir Bağırov adına 59 nömrəli tam orta məktəbində baş tutub. Tədbirə Dövlət Komitəsinin Bakı şəhəri üzrə şöbəsinin əməkdaşı Nuru İmanov, Xətai Rayon İH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Məhəmməd İbrahimov, müəllim və şagirdlər qatılıblar.

Qeyd olunan tədbirlərdə Xocalı faciəsi qurbanlarının və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb. Bildirilib ki, soyqırımı nəticəsində Xocalı əhalisindən 613 nəfər öldürülüb, 487 nəfər şikəst olub, 1275 nəfər dinc sakin — qocalar, uşaqlar, qadınlar əsir götürülərək ağlasığmaz erməni zülmünə məruz qalıb. Vurğulanıb ki, 150 nəfərin taleyi hələ də məlum deyil.