Respublikamızda Xocalı faciəsinin 30-cu il dönümü ilə bağlı tədbirlər keçirilir
24 fevral 2022, 07:50

Respublikamızda Xocalı faciəsinin 30-cu ildönümü ilə bağlı silsilə tədbirlər keçirilir.

Fevralın 24-də Kürdəmir rayon Heydər Əliyev Mərkəzində təşkil olunmuş tədbirdə Mərkəzin direktoru Dürriyə Seyidova, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Ucar bölgəsi üzrə şöbəsinin əməkdaşları Seyfəli Umarov, Rauf Nəsirov, rayonun mədəniyyət sahələrinin əməkdaşları, dini icma sədrləri, din xadimləri və ictimaiyyət nümayəndələri, Bakı şəhəri Nizami rayonu 210 saylı tam orta məktəbində keçirilən anım mərasimində Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Bəhmən Hüseynov, DQİDK-nın Bakı şəhəri üzrə şöbəsinin əməkdaşları Amal Məlikov, Nuru İmanov, məktəbin müəllim və şagirdləri, “Xocalı soyqırımı bütün bəşəriyyətin faciəsidir” mövzusunda keçirilən videokonfransda DQİDK-nın İmişli bölgəsi üzrə şöbəsinin əməkdaşı Elvin İbrahimov, Sabirabad Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Əliabbas Həsənov, QMİ-nin Sabirabad rayonu üzrə səlahiyyətli nümayəndəsi Ağakərim Sadıqov, həmçinin  Sabirabad,  Saatlı, İmişli və Beyləqan  rayonlarında fəaliyyət göstərən dini icma sədrləri və din xadimləri,  Xocalı faciəsinin 30-cu ildönümü münasibəti ilə Şirvan bölgəsi üzrə şöbənin təşkilatçılığı ilə  keçirilən onlayn tədbirdə isə Şirvan şəhər, Biləsuvar, Neftçala, Salyan və Hacıqabul rayonlarında fəaliyyət göstərən dini icma sədrləri, din xadimləri və QMİ-nin səlahiyyətli nümayəndələr iştirak ediblər. Mingəçevir şəhərində keçirilən anım tədbirində DQİDK-nın Yevlax bölgəsi üzrə şöbəsinin əməkdaşı Əlisa Fərəcov, Gənclər Evinin könüllüləri, şəhərin ali və orta ixtisas təhsil müəssisələrinin fəal tələbələri iştirak ediblər. Qax Peşə Liseyində də Xocalı faciəsinin qurbanları anılıb. Tədbirdə DQİDK-nın Zaqatala bölgəsi üzrə şöbəsinin əməkdaşı Tərlan Nəzərov, Qax Peşə Məktəb Liseyin direktor müavini Cəriyət Dəmirçiyeva,  liseyin müəllimləri və yuxarı sinif şagirdləri iştirak ediblər.

Tədbirlərdə öncə Xocalı qurbanlarının və Azərbaycanın suverenliyi uğrunda canlarını fəda etmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Çıxışlar zamanı Xocalı faciəsinin insanlığa və bütövlükdə bəşəriyyətə qarşı törədilmiş cinayət olduğu vurğulanıb. Qeyd olunub ki, Xocalı soyqırımı Azərbaycan tarixinə ən dəhşətli və faciəli səhifələrdən biri kimi daxil olub. Bu cinayət, təkcə Azərbaycan xalqına qarşı deyil, həm də bütün dünyaya, bəşəriyyətə qarşı yönəldilib.