Regionlarda Zəfər və Bayraq günlərinə həsr olunmuş tədbirlər keçirilir
07 noyabr 2023, 07:58

Respublikamızın regionlarında maarifləndirmə tədbirləri davam edir. 

Bərdə rayonu, 06.11.2023: şəhər 5 nömrəli tam orta məktəbdə "Vətən müharibəsindəki qələbəmizdə milli-mənəvi dəyərlərimizin rolu" mövzusunda seminar keçirilib. Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Yevlax bölgəsi üzrə şöbəsinin əməkdaşı Məhəmməd Rəşidov, Bərdə rayonu üzrə gənclər və idman sektorunun müdiri Aydın Qasımov, həmçinin müəllim və şagirdlər iştirak ediblər. 

Gəncə şəhəri, 06.11.2023: şəhər İmamzadə dini kompleksində “8 Noyabr Zəfər günü: milli və mənəvi həmrəyliyin zirvəsi” mövzusunda tədbir keçirilib. Tədbirdə  DQİDK-nın Gəncə bölgəsi üzrə şöbəsinin müdiri Həsən Məmmədov, şöbənin digər əməkdaşları, Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurasının üzvü  Tahir Abbasov, dini konfessiya rəhbərləri, bölgədə fəaliyyət göstərən dini icma sədrləri və din xadimləri iştirak ediblər.

Zaqatala rayonu, 06.11.2023: İsmət Qayıbov adına Qazangül  tam orta  məktəbində 44 günlük Vətən müharibəsində qazanılan şanlı Zəfərin üçüncü ildönümünə həsr edilmiş “Zəfər Günü: milli və mənəvi həmrəyliyin Şuşa zirvəsi” mövzusunda seminar keçirilib. Tədbirdə DQİDK-nın Zaqatala bölgəsi üzrə şöbəsinin müdiri İlqar Vəliyev, Şəki-Zaqatala Regional Təhsil İdarəsinin Zaqatala rayon Sektorunun aparıcı məsləhətçisi Aydın Camalov, Vətən müharibəsi qazisi, Lahıc kənd məscidinin imam müavini Tural Əliyev, eyni zamanda məktəbin müəllim və şagirdləri iştirak ediblər.

Balakən rayonu, 06.11.2023: rayon S.Vurğun adına Qullar 1 saylı kənd tam orta məktəbində “9 Noyabr - Dövlət Bayrağı Günüdür” mövzusunda tədbir keçirilib. Tədbirdə  DQİDK-nın Zaqatala bölgəsi üzrə şöbəsinin baş məsləhətçisi Elməddin Atakişiyev, məktəbin müəllim və şagirdləri iştirak ediblər.

Lənkəran şəhəri, 06.11.2023: rayon Şağlaser, Kərgəlan, Cil kəndi “Hüseyniyyə” və Kənarmeşə kəndi "Bağıroba" məscidlərində “Zəfərə aparan yol: milli və dini həmrəylik” mövzusunda silsilə tədbirlər keçirilib.Tədbirlərdə DQİDK-nın Lənkəran bölgəsi üzrə şöbəsinin əməkdaşları Emin Həmidli, Səyyad Babakişiyev, şəhid ailələrinin üzvləri, müharibə veteranları, qazilər, din xadimləri, dini icma üzvləri və ictimaiyyyət nümayəndələri iştirak ediblər.

Ağcaabədi rayonu, 07.11.2023: rayonun din xadimləri Şəhidlər xiyabanını ziyarət ediblər, şəhidlərin ruhuna dualar oxuyublar.

Çıxışlarda qeyd olunub ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılmış möhtəşəm Zəfər tariximizə qızıl hərflərlə yazılıb. O da vurğulanıb ki, bu müqəddəs Zəfər yolunda şəhid olan igidlərimizin ailələri, qazilər və veteranlar daim dövlətimizin xüsusi diqqət və qayğısı ilə əhatə olunur. Göstərilən diqqət və bu istiqamətdə həyata keçirilən tədbirlər dövlət siyasətində prioritet təşkil edir.