İyulun 9-da Sabirabad rayonunda “Ailə dəyərləri və erkən nikahın sosial nəticələri” mövzusunda tədbir keçirilib. Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Mil-Muğan regional bölməsinin əməkdaşı Cəfərsadiq Cəfərli, Regional Gənclər və İdman İdarəsinin rəisi Elçin Qiyasov, rayon Gənclər Evi sosial xidmət müəssisəsinin direktoru Rəşad Qurbanov, gənclər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
İyulun 9-da Yevlax şəhərində “Dini mərasimlər: ictimai təhlükəsizlik və insan hüquqları perspektivindən” mövzusunda tədbir baş tutub. Tədbirdə DQİDK-nın Mərkəzi Aran regional bölməsinin əməkdaşı Valeh Rəşidov, Şəhər İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər sektorunun aparıcı məsləhətçisi Asəf Almədətov, din xadimləri, dini icmaların üzvləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
İyulun 9-da Göyçay rayonunda “Dini radikalizm və ekstremizm ictimai təhlükəsizlik müstəvisində” mövzusunda tədbir keçirilib. Tədbirdə DQİDK-nın Mərkəzi Aran regional bölməsinin müdir müavini Əzim Rəfiyev, rayon Gənclər və İdman Sektorunun müdiri Təranə Nuriyeva, din xadimləri, dini icmaların sədrləri, gənclər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
İyulun 9-da Gəncə şəhərində Azərbaycan Respublikası Prezidentinin 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan edilməsi haqqında Sərəncamına uyğun olaraq “İbadət ocaqları: dini və mədəni irsin qovşağında” mövzusunda tədbir keçirilib. Tədbirdə DQİDK-nın Gəncə-Daşkəsən regional bölməsinin müdiri Həsən Məmmədov, Regional Mədəniyyət İdarəsinin rəisi Nail Məmmədov, Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Gəncə Regional İdarəsinin rəisi Xəlil İbrahimov, din xadimləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
İyulun 9-da Salyan rayonunda “Sağlam ailə münasibətləri: qarşılıqlı anlayış və hörmət” mövzusunda tədbir keçirilib. Tədbirdə Dövlət Komitəsinin Şirvan-Salyan regional bölməsinin məsləhətçisi Ülvi Zeynallı, rayon İH-nin nümayəndəsi Sevinc Səmədova, eləcə də ictimaiyyət nümayəndələri iştirak ediblər.
İyulun 10-da Xətai rayonu Zakir Əhmədov adına 64 nömrəli tam orta məktəbdə “Gənclərin tərbiyəsində vətənpərvərlik və milli-mənəvi dəyərlərin rolu” mövzusunda maarifləndirici tədbir keçirilib. Tədbirdə Xətai RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər sektorunun müdiri Pənah İmanov, Dövlət Komitəsinin Bakı regional bölməsinin əməkdaşları Nuru İmanov və Rəşadət Hidayətov, Rayon Ağsaqqallar Şurasının sədri Mürvət Əsgərov, məktəbin direktoru Səidə Rəhimova, ictimaiyyət nümayəndələri və gənclər iştirak ediblər.
Çıxışlarda ailə institutunun möhkəmləndirilməsinin, milli-mənəvi dəyərlərin qorunmasının, erkən nikahların yaratdığı sosial problemlərin qarşısının alınmasının, dini radikalizm və ekstremizmə qarşı maarifləndirmə işinin gücləndirilməsinin vacibliyi vurğulanıb. Gənclərin tərbiyəsində vətənpərvərlik və milli-mənəvi dəyərlərin rolundan bəhs olunub. Həmçinin dini mərasimlərin qanunvericiliyin tələblərinə uyğun şəkildə təşkili, cəmiyyətdə tolerantlıq və multikultural dəyərlərin təşviqi, tarixi-mədəni irs nümunəsi olan ibadət ocaqlarının qorunması və gələcək nəsillərə çatdırılmasının əhəmiyyəti diqqətə çatdırılıb.