Regionlarda Ramazan ayının başlanması ilə bağlı maarifləndirici tədbirlər keçirilib
19 fevral 2026, 18:04

Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) regional bölmələrinin təşkilatçılığı ilə müxtəlif şəhər və rayonlarda Ramazan ayının başlanması ilə əlaqədar maarifləndirici tədbirlər keçirilib.

Sumqayıt:

Fevralın 18-də Sumqayıt şəhərində DQİDK-nın Abşeron-Xızı regional bölməsi və Sumqayıt şəhər “Cümə” məscidi dini icmasının birgə təşkilatçılığı ilə “Ramazan – birlik, həmrəylik və qardaşlıq ayı” mövzusunda tədbir keçirilib. Tədbirdə regional bölmənin müdiri Yalçın Abdullayev, QMİ-nin Sumqayıt şəhəri üzrə qazısı Rauf Sərdarov və din xadimləri iştirak ediblər.

Zaqatala:

Fevralın 18-də Zaqatala İslam Kollecində “Ramazan ayının mahiyyəti, ibadət mədəniyyəti və mənəvi dəyərlər” mövzusunda tədbir baş tutub. Tədbirdə DQİDK-nın regional bölməsinin müdiri İlqar Vəliyev, QMİ-nin rayon qazısı Malik Bilalov, din xadimləri, dini icma sədrləri və ictimaiyyət nümayənədləri iştirak ediblər.

Ağdaş:

Fevralın 18-də Ağdaş şəhəri “Hacı İsmayıl” məscidində “Ramazan – birlik, həmrəylik və qardaşlıq ayı” mövzusunda tədbir təşkil edilib. Tədbirə Dövlət Komitəsinin Mərkəzi Aran regional bölməsinin müdiri Natiq Əfəndiyev, bölmənin əməkdaşları, İcra Hakimiyyəti başçısı Aparatının sektor müdiri Səbuhi Musayev, QMİ-nin bölgə üzrə qazısı Əli Məmmədov, din xadimləri və dini icma sədrləri qatılıblar.

Qəbələ:

Fevralın 18-də Qəbələ şəhər “Cümə” məscidində “Ramazan ayının mahiyyəti və mənəvi dəyərlər” mövzusunda maarifləndirici tədbir keçirilib. Tədbirdə DQİDK-nın əməkdaşı Pərvin İsmayılov, İH başçısı Aparatının sektor müdiri Pərviz Ağayev, din xadimləri və dini icma sədrləri iştirak ediblər.

Gəncə:

Fevralın 18-də Gəncə şəhərində “Ramazan ayı: İslamın iftar mədəniyyəti və həmrəylik ruhu” mövzusunda tədbir keçirilib. Tədbirdə DQİDK-nın regional bölməsinin müdiri Həsən Məmmədov, Qafqaz Müsəlmanları İdarəsinin qazıları Tahir Abbasov, Anar Orucov, din xadimləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Ağstafa:

Fevralın 18-də Ağstafa şəhər Cümə məscidində “Ramazan ayı: yardımlaşma, mərhəmət və birgə fəaliyyət” mövzusunda tədbir keçirilib. Tədbirə Dövlət Komitəsinin regional bölməsinin müdiri vəzifəsini icra edən Pərvin Zeynalov, QMİ-nin qazısı İlham Süleymanov, din xadimləri və dini icma sədrləri qatılıblar.

Masallı:

Fevralın 18-də Masallı rayonunda “Ramazan ayının mahiyyəti və mənəvi dəyərlər” mövzusunda tədbir keçirilib. Tədbirdə DQİDK-nın Lənkəran-Astara regional bölməsinin əməkdaşları Pərvin İmanov, Ayıq Səmədov, Süleyman Abıyev, QMİ-nin bölgə qazısı Rəşid Talıbov, dini icma sədrləri və din xadimləri iştirak ediblər.

Lənkəran:

Fevralın 19-da Lənkəranda “Ramazan ayının mənəvi və ictimai əhəmiyyəti” mövzusunda tədbir keçirilib. Tədbirdə DQİDK-nın Lənkəran-Astara regional bölməsinin müdiri Qağayı Məmmədov, müdir müavini Anar Kərimov, Lənkəran ŞİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər sektorunun müdiri Sehran Alışov, QMİ-nin bölgə qazısı Qəni Axundzadə, dini icma sədrləri və din xadimləri iştirak ediblər.

Çıxışlarda Ramazan ayının bütün müsəlman dünyasında birlik, bərabərlik ayı olduğu qeyd edilib. Dini həmrəyliyin bu ayda da qorunub saxlanılması üçün din xadimlərinin və dini icmaların üzərinə böyük məsuliyyət düşdüyü vurğulanıb.
Tədbirin sonunda iştirakçıların mövzu ilə bağlı sualları cavablandırılıb, fikir mübadiləsi aparılıb.