Regionlarda mənəvi dəyərlər mövzusuna həsr edilmiş tədbirlər keçirilib
15 may 2024, 10:04

Respublikamızın regionlarında maarifləndirmə tədbirləri davam edir.

Mayın 15-də Balakən rayonu Qazma kənd 1 saylı tam orta məktəbində “Azərbaycançılıq ideologiyası və mənəvi dəyərlərimiz” mövzusunda tədbir keçirilib. Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Zaqatala bölgəsi üzrə şöbəsinin əməkdaşı Elməddin Atakişiyev, müəllimlər və məktəblilər iştirak ediblər.

***

Mayın 15-də Goranboy rayonunun Xanqərvənd kənd tam orta məktəbində "Yad təsirlərə qarşı mübarizədə milli-mənəvi dəyərlərimizin rolu" mövzusunda tədbir keçirilib. Tədbirdə DQİDK-nın Gəncə bölgəsi üzrə şöbəsinin əməkdaşı Vüsal Hüseynli, təhsil işçiləri, məktəblilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.

***

Mayın 15-də Qusar rayonunun Balaqusar kənd tam orta məktəbində “Gənclərin dini radikalizmin təsirlərindən qorunması” mövzusunda tədbir keçirilib. Tədbirdə Dövlət Komitəsinin Quba bölgəsi üzrə şöbəsinin əməkdaşı Mehman Məmmədov, müəllimlər, eləcə də şagirdlər iştirak ediblər.

***

Mayın 15-də Siyəzən rayonunda "Milli-mənəvi dəyərlərimiz" mövzusunda tədbir keçirilib. Tədbirdə DQİDK-nın bölgə şöbəsinin əməkdaşı Gündüz Səmədli, gənclər, həmçinin ictimayyət nümayəndələri iştirak ediblər.

***

Mayın 15-də Hacıqabul rayonunda yerləşən 9 saylı tam orta məktəbində “Mənəvi dəyərlərimiz” mövzusunda tədbir keçirilib. Tədbirdə DQİDK-nın Şirvan bölgəsi üzrə şöbəsinin aparıcı məsləhətçisi Sadiq Məmmədov, eləcə də ictimaiyyət nümayəndələri iştirak ediblər.

Çıxışlarda dini radikalizmin fəsadlarından ətraflı danışılıb. Qeyd olunub ki, yeniyetmə və gənclərin dini radikalizm və ekstremizmin təsirlərindən uzaq, milli-mənəvi dəyərlərimizə sadiq ruhda yetişdirilmələri günün ümdə vəzifələrindəndir. Natiqlər bu sahədə maarifçiliyin əsas silah olduğunu da diqqətə çatdırıblar.

Tədbirlər müzakirələrlə davam edib.