İyulun 19-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Lənkəran bölgəsi üzrə şöbəsi, Astara Rayon İcra Hakimiyyəti (RİH) və Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Astara rayonu üzrə səlahiyyətli nümayəndəliyinin birgə təşkilatçılığı ilə Məhərrəmlik (Aşura) mərasimlərinə həsr edilmiş tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Lənkəran bölgəsi üzrə şöbəsinin müdiri Qağayı Məmmədov, şöbənin əməkdaşları, Astara RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Mərasim Hacıyev, QMİ-nin Astara rayonu üzrə səlahiyyətli nümayəndəsi İlqar Həsənli, dini icma sədrləri, din xadimləri iştirak edib.
Əvvəlcə Qafqaz Müsəlmanları İdarəsinin Qazilər Şurasının müraciəti oxunub. Çıxışlar zamanı Məhərrəmlik (Aşura) mərasimlərinin “Dini Etiqad Azadlığı Haqqında” Azərbaycan Respublikası qanununun tələblərinə və QMİ-nin müraciətinə uyğun şəkildə, xurafata yol vermədən keçirilməsininin vacibliyi vurğulanıb.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.
***
İyulun 19-da Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Lənkəran bölgəsi üzrə şöbəsi, Lənkəran Şəhər İcra Hakimiyyəti (ŞİH) və Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Lənkəran bölgəsi üzrə qazısının birgə təşkilatçılığı ilə Məhərrəmlik (Aşura) mərasimlərinə həsr edilmiş tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Lənkəran bölgəsi üzrə şöbəsinin müdiri Qağayı Məmmədov, şöbənin əməkdaşları, Lənkəran ŞİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Cavad Miriyev, QMİ-nin Lənkəran bölgəsi üzrə qazısı Qəni Axundzadə, dini icma sədrləri, din xadimləri iştirak edib.
Əvvəlcə Qafqaz Müsəlmanları İdarəsinin Qazilər Şurasının müraciəti oxunub. Çıxışlar zamanı Məhərrəmlik (Aşura) mərasimlərinin “Dini Etiqad Azadlığı Haqqında” Azərbaycan Respublikası qanununun tələblərinə və QMİ-nin müraciətinə uyğun şəkildə, xurafata yol vermədən keçirilməsininin vacibliyi vurğulanıb.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.
***
Goranboy şəhəri “Cümə” məscidində də Məhərrəm ayı ilə əlaqədar keçirilən tədbirdə Dövlət Komitəsinin Gəncə bölgəsi üzrə şöbəsinin əməkdaşı Vüsal Hüseynli, QMİ-nin Qazılar Şurasının üzvü Anar Orucov, hüquq-mühafizə orqanlarının məsul şəxsləri, eləcə də din xadimləri və icma sədrləri, Şəki şəhər mərkəzi “Cümə” məscidində baş tutan tədbirdə isə DQİDK-nın Şəki bölgəsi üzrə şöbəsinin müdiri Taleh Abdullayev, Qafqaz Müsəlmanları İdarəsinin Şəki-Oğuz bölgəsi üzrə qazısı Kamran Məmmədov, həmçinin din xadimləri və icma sədrləri iştirak ediblər. Qax RİH, DQİDK-nın Zaqatala bölgəsi üzrə şöbəsi və QMİ-nin rayon Qazılığının birgə təşkilatçılığı ilə Qax rayon “Mərkəzi Cümə” məscidində də “Aşura mərasimləri: tarix, ənənə və hüquq müstəvisində” tədbir keçirilib. Tədbirdə DQİDK-nın Zaqatala bölgəsi üzrə şöbəsinin müdiri İlqar Vəliyev, QMİ-nin Qax rayonu üzrə səlahiyyətli nümayəndəsi Hacı Əsgərov, dini icma sədrləri və din xadimləri iştirak ediblər.
Çıxışlarda dövlətin dini sahəyə, din xadimlərinə diqqət və qayğı göstərdiyi vurğulanıb. Məhərrəm ayı ilə əlaqədar tədbirlərin Qafqaz Müsəlmanları İdarəsi Qazılar Şurasının fətvasına uyğun keçirilməsinin vacibliyi qeyd olunub. Eyni zamanda dini icma sədrlərinə və din xadimlərinə müvafiq tövsiyələr verilib.