Regionlarda maarifləndirmə tədbirləri keçirilib
05 iyun 2024, 08:07

Regionlarda müxtəlif mövzulara həsr olunmuş maarifləndirmə tədbirləri keçirilib.

İyunun 5-də Şəmkir rayonu Çinarlı qəsəbə tam orta məktəbində “Uşaqların vətənpərvərlik və milli-mənəvi dəyərlər ruhunda tərbiyəsi” mövzusunda tədbir keçirilib. Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Tovuz bölgəsi üzrə şöbəsinin əməkdaşı Vüqar Əliyev, Rayon İcra Hakimiyyəti və Polis Şöbəsinin əməkdaşları, müəllim və şagirdlər iştirak ediblər.

***

İyunun 5-də Balakən şəhəri Akademik Zərifə Əliyeva adına 3 nömrəli tam orta məktəbində “İnsan Hüquqları Aylığı” çərçivəsində “Dini etiqad azadlığına hörmət hüquqi və mənəvi borcumuzdur” mövzusu müzakirə olunub. Tədbir DQİDK-nın Zaqatala bölgəsi üzrə şöbəsinin məsləhətçisi Ruslan Əfəndiyev, müvafiq qurumların nümayəndələri, müəllim və yuxarı sinif şagirdlərinin iştirakı ilə baş tutub.

***

İyunun 5-də İsmayıllı rayonunda “Şuşa-İslam mədəniyyətinin paytaxtı” mövzusunda maarifləndirmə tədbiri keçirilib. Tədbirdə DQİDK-nın Şamaxı bölgəsi üzrə şöbəsinin əməkdaşı Aydın Səmədov, müvafiq qurumların nümayəndələri və din xadimləri iştirak ediblər.

***

İyunun 5-də Qusar rayonu Avaran kəndində “Dini fanatizm, radikalizm və ekstremizmin mahiyyəti və fəsadları” mövzusunda maarifləndirmə tədbiri keçirilib. Tədbirdə DQİDK-nın Quba bölgəsi üzrə şöbəsinin əməkdaşı Mehman Məmmədov, Rayon İcra Hakimiyyəti başçısının Avaran kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Sabir Fərzəliyev, Qafqaz Müsəlmanları İdarəsinin səlahiyyətli nümayəndəsi Fəryaddin Rəhimxanov,  din xadimləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

***

İyunun 5-də Göygöl rayonunun Xaqani kənd tam orta məktəbində “Məişət zorakılığının qarşısının alınması” mövzusunda maarifləndirici tədbir keçirilib. Tədbir DQİDK-nın Gəncə bölgəsi üzrə şöbəsinin əməkdaşı Orxan Seyidov, müvafiq qurumların nümayəndələri, müəllimlər və şagirdlərin iştirakı ilə keçirilib.

Çıxışlarda mövzular barədə ətraflı danışılıb, maarifləndirmə tədbirlərinin önəminə toxunulub, iştirakçıların sualları cavablandırılıb.