Regionlarda maarifləndirici tədbirlər davam edir
16 aprel 2026, 15:22

Aprelin 15-də Gədəbəy rayonunun Qoşabulaq kənd 2 saylı tam orta məktəbində “Müasir dövrdə milli-mənəvi dəyərlər və ailə institutu” mövzusunda tədbir təşkil olunub. Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Qazax-Tovuz regional bölməsinin məsləhətçisi Cavid Səfərov, Rayon Polis Şöbəsinin rəisi Mehman Həşimov, Rayon İcra Hakimiyyətinin məsul əməkdaşı Qədir Bağırov, eləcə də müəllimlər və şagirdlər iştirak ediblər.
*** *** ***
Aprelin 15-də Samux rayon S.Əliyev adına 2 saylı tam orta məktəbdə “Qəhrəmanlıq və mübarizə əzmi: Aprel döyüşləri” mövzusunda tədbir keçirilib. Tədbirdə DQİDK-nın Gəncə-Daşkəsən regional bölməsinin əməkdaşı Rövşən Hacıyev, ictimaiyyət nümayəndələri, gənclər və məktəblilər iştirak ediblər.

*** *** ***
Aprelin 16-da isə Zərdab şəhəri H.Aslanov adına 3 saylı tam orta məktəbdə “Gənclərin sosial mediada təhlükəsizliyi: dini radikalizmə qarşı təbliğat” mövzusunda tədbir təşkil olunub. Tədbirə DQİDK-nın Mərkəzi Aran regional bölməsinin əməkdaşı Sədi Hüseynov, İsaqbağı kənd məscidinin imamı Elgün Kərimov, müəllimlər və şagirdlər qatılıblar.
*** *** ***
Aprelin 16-da Kürdəmir rayon Peşə Liseyində “Dini dəyərlər kontekstində ailə və cəmiyyət” mövzusunda tədbir keçirilib. Tədbirdə DQİDK-nın Mərkəzi Aran regional bölməsinin əməkdaşı Məhəmməd Rəşidov, Kürdəmir şəhər “İmam Rza” məscidinin imam müavini Elçin Tağıyev, müəllimlər və gənclər iştirak ediblər.

*** *** ***
Aprelin 16-da Siyəzən şəhərində Cəfər Cabbarlı adına 1 saylı tam orta məktəbdə “Birlikdə yaşamaq mədəniyyəti: tolerant və multikultural dəyərlər” mövzusunda tədbir baş tutub. Tədbirə DQİDK-nın Quba-Xaçmaz regional bölməsinin aparıcı məsləhətçisi Gündüz Səmədli, Siyəzən şəhər “Cümə” məscidinin qadın dini ayin icraçısı Əzimə Müzəfərova qatılıblar.

Çıxışlarda bildirilib ki, ölkənin müxtəlif bölgələrində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və digər müvafiq qurumlar tərəfindən milli-mənəvi dəyərlərin qorunması, vətənpərvərlik ruhunun aşılanması və dini təhlükəsizliyin təmin olunması məqsədilə mütəmadi olaraq maarifləndirici tədbirlər təşkil edilir. Qeyd olunub ki, bu istiqamətdə həyata keçirilən təşəbbüslər gənclərin zərərli ideoloji təsirlərdən qorunmasında və onlarda vətənpərvərlik ruhunun gücləndirilməsində mühüm rol oynayır. Vurğulanıb ki, belə tədbirlər cəmiyyətin sağlam inkişafına xidmət etməklə yanaşı, gənc nəslin milli dəyərlərə bağlı və güclü vətəndaş mövqeyinə malik fərdlər kimi formalaşmasına əhəmiyyətli töhfə verir.