Respublikamızın regionlarında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) bölgə şöbələrinin təşkilatçılığı ilə “Korrupsiyaya qarşı mübarizə” mövzusunda tədbirlər keçirilir.
Dekabrın 29-da Hacıqabul və Salyan rayonlarında keçirilən tədbirlərdə DQİDK-nın Şirvan bölgəsi üzrə şöbəsinin əməkdaşları - Sadiq Məmmədov, Zamin Əsədov, din xadimləri və icma sədrləri iştirak ediblər.
Daha bir analoji tədbir Oğuz rayonunda dekabrın 29-da baş tutub. Tədbirə Komitənin bölgə şöbəsinin əəməkdaşı Samir Salehov, rayon Gənclər və İdman sektorunu müdiri Şaiq Rüstəmov, Rayon İcra Hakimiyyətinin məsul işçisi Nicat Kərimov, ziyalılar və ictimaiyyət nümayəndələri qatılıblar.
Sumqayıt şəhəri “Cümə” məscidində keçirilən tədbirdə isə DQİDK-nın Sumqayıt bölgəsi üzrə şöbəsinin müdir müavini Ülvi Məmmədov, din xadimləri - Gülağa İsmayılov, imam Fərrux Miriyev, icma üzvləri və dindarlar iştirak ediblər.
Çıxışlarda qeyd olunub ki, korrupsiyaya qarşı mübarizə ilə bağlı ölkəmizdə məqsədyönlü tədbirlər intensiv xarakter alıb, bu sahədə qanunvericilik bazası təkmilləşdirilib. Vurğulanıb ki, ilk növbədə, dövlət orqanlarında korrupsiya əleyhinə mübarizə gücləndirilib, neqativ halların vaxtında aşkarlanması üçün nəzarət mexanizmi təkmilləşdirilib.
Sonda iştirakçıları maraqlandrıan suallar cavablandırılıb.