Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) təşkilatçılığı ilə respublikamızın regionlarında dini maarifləndirmə istiqamətində tədbirlər davam etdirilir.
Dövlət Komitəsinin Lənkəran bölgəsi üzrə şöbəsinin təşkilatçılığı ilə Lənkəran rayonu Haftoni qəsəbə və Sütəmurdov kənd məscidlərində “Zəfərə aparan yol: milli və dini həmrəylik” mövzusunda keçirilən tədbirlərdə DQİDK-nın bölgə üzrə şöbəsinin əməkdaşları Emin Həmidli, Səyyad Babakişiyev, məscidlərin imamları, dini icma üzvləri, eləcə də ictimaiyyət nümayəndələri iştirak ediblər.
Lerik rayonunun Çayrud və Vizəzəmin kənd tam orta məktəblərində baş tutan tədbirlərə isə bölgə şöbəsinin əməkdaşı Ağaəli Həsənov, Lerik Rayon İcra Hakimiyyətinin əməkdaşı Ramin Ağayev, müəllim və şagirdlər qatılıblar.
Goranboy rayonunun Yeniyol kənd tam orta məktəbində isə “İntellektli gəncliyin yad təsirlərlə mübarizədə rolu” mövzusu müzakirə olunub. Tədbirdə DQİDK-nın Gəncə bölgəsi üzrə şöbəsinin əməkdaşı Vüsal Hüseynli, Xanqərvənd kənd məscidinin icma sədri Rəsul Həşimov, müəllim və şagirdlər iştirak ediblər.
Balakən rayonu Katex kəndi “Mərkəzi” məscidində “Tolerantlıq və dini sabitlik” mövzusunda tədbir keçirilib. Tədbirdə DQİDK-nın Zaqatala bölgəsi üzrə şöbəsinin əməkdaşı Ruslan Əfəndiyev, məscidin imamı və dini icma sədri Ramazan Babayev və dindarlar iştirak ediblər.
Çıxış edənlər Azərbaycandakı milli və dini həmrəylikdən, respublikamızda mövcud olan dini sabitlikdən danışıblar. Eyni zamanda gənclər və yeniyetmələr arasında həyata keçirilən maarifləndirmə işlərinin önəmi vurğulanıb.
Tədbirlər müzakirələrlə yekunlaşıb.