Mayın 1-də Ucar rayonunda “Radikal dini cərəyanlara qarşı birgə mübarizə” mövzusunda maarifləndirici tədbir keçirilib. Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Göyçay bölgəsi üzrə şöbəsinin əməkdaşı Rauf Nəsirov, din xadimləri və dini icma sədrləri iştirak ediblər.
***
Mayın 1-də Gəncə şəhər 34 saylı tam orta məktəbində “Məktəblilərin mənəvi dünyagörüşünə təsir edən amillər” adlı tədbir keçirilib. Tədbirdə DQİDK-nın bölgə şöbəsinin müdir müavini Elmar Fətəliyev, məktəb rəhbərliyi və şagirdləri iştirak ediblər.
***
Mayın 1-də Balakən rayonu Yeni Şərif kənd tam orta məktəbində “Uşaqların humanizm ruhunda tərbiyəsinin mənəvi aspektləri” mövzusunda tədbir keçirilib. Tədbirdə DQİDK-nın Zaqatala bölgəsi üzrə şöbənin baş məsləhətçisi Elməddin Atakişiyev, müvafiq qurumların əməkdaşları, eyni zamanda məktəblilər iştirak ediblər.
***
Mayın 1-də Yardımlı rayonunda "Dini radikalizmlə mübarizə" mövzusunda tədbir keçirilib. Tədbirdə DQİDK-nın Masallı bölgəsi üzrə şöbəsinin müdiri Elvin Hüseynli və şöbənin əməkdaşları, Rayon Gənclər və idman sektorunun müdiri Şəhriyar Şabiyev, din xadimləri, Yardımlı şəhər V. Məmmədov adına 2 saylı tam orta məktəbin müəllim və şagirdləri iştirak ediblər.
Çıxışlarda mövzuların əhəmiyyətindən danışılıb. Habelə respublikamızda radikal dini cərəyanlara qarşı mübarizədən bəhs edilib. Eyni zamanda məktəblilərin mənəvi dünyagörüşünə təsir edən amillər barədə geniş məlumat verilib.
Tədbirlər iştirakçıların suallarının cavablandırılması ilə yekunlaşıb.