Regionlarda Aprel döyüşlərinə həsr olunmuş silsilə tədbirlər keçirilib
07 aprel 2025, 01:30

Respublikamızın bölgələrində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) regional bölmələri və yerli müvafiq qurumların birgə təşkilatçılığı ilə Aprel döyüşlərinə həsr olunmuş silsilə tədbirlər keçirilib.


Aprelin 2-də Qəbələ rayonu V.Qəhrəmanov adına 1 saylı tam orta məktəbdə “Aprel döyüşləri – tariximizin şanlı səhifəsi” mövzusunda maarifləndirici tədbir təşkil olunub. Tədbirdə DQİDK-nın Şəki regional bölməsinin müdiri vəzifəsini icra edən Pərvin İsmayılov, məktəbin müəllimləri və şagirdləri iştirak ediblər.
***
Aprelin 3-də İmişlidə “Aprel döyüşlərinin Azərbaycanın müstəqillik mübarizəsindəki yeri” mövzusunda baş tutan tədbirə DQİDK-nın Mil-Muğan regional bölməsinin məsləhətçisi Bəhrəm Abbaslı, müvafiq qurumların əməkdaşları, müəllimlər və məktəblilər qatılıblar.
***
Aprelin 3-də Gəncədə yerləşən "N" saylı hərbi hissədə “Qəhrəmanlıq ruhunun və mübarizə əzminin nümayişi: Aprel döyüşləri” mövzusunda tədbir keçirilib. Tədbirdə Dövlət Komitəsinin Gəncə-Daşkəsən regional bölməsinin müdiri Həsən Məmmədov, hərbi hissənin zabit və gizir heyəti iştirak edib.

***

Aprelin 3-də Salyan rayonunda “Aprel döyüşlərinin Azərbaycanın müstəqillik mübarizəsindəki yeri” mövzusunda tədbir keçirilib. Tədbirdə Dövlət Komitəsinin Şirvan-Salyan regional bölməsinin məsləhətçisi Ülvi Zeynallı, ictimaiyyət nümayəndələri və gənclər iştirak ediblər.

***

Aprelin 3-də  Mingəçevir şəhər 10 №li tam orta ümumtəhsil məktəbində “Aprel döyüşlərinin Azərbaycanın müstəqillik mübarizəsində yeri” mövzusunda tədbir keçirilib. Tədbirdə Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov, DQİDK-nın Yevlax regional bölməsinin baş məsləhətçisi Əlisa Fərəcov, şəhid ailələrinin üzvləri, qazilər, ziyalılar, gənclər və ictimaiyyət  nümayəndələri iştirak ediblər.

***

Daha bir tədbir aprelin 3-də  Masallı rayon Rəhim Tağıyev adına Masallı rayon Tarix-Diyarşünaslıq muzeyində “Zəfərin ilk qığılcımları” mövzusunda təşkil olunub. Tədbir DQİDK-nın Masallı regional bölməsinin müdiri Elvin Hüseynli, İcra Hakimiyyətinin əməkdaşı Nurlan Muradov, ictimaiyyət nümayəndələri, şəhid ailələrinin üzvləri və qazilərin iştirakı ilə baş tutub.

***

Aprelin 4-də Sumqayıt şəhərində “Aprel döyüşlərinin Azərbaycanın müstəqillik mübarizəsindəki yeri” mövzusunda tədbir keçirilib. Tədbirdə Dövlət Komitəsinin Abşeron-Xızı regional bölməsinin müdiri Yalçın Abdullayev, Sumqayıt şəhər “Cümə” məscidinin icma sədri Rauf Sərdarov və din xadimləri iştirak ediblər. 

Çıxışlarda qeyd olunub ki, 2016-cı il aprelin 2-də Ermənistan silahlı qüvvələrinin təxribatlarına cavab olaraq, Azərbaycan Ordusu sürətli əks-hücum əməliyyatı ilə düşməni ağır məğlubiyyətə uğratdı, Füzuli, Cəbrayıl və Ağdərə rayonlarının işğal altındakı ərazilərinin 2000 hektardan çox hissəsini azad etdi. Vurğulanıb ki, minlərlə hektar ərazi Azərbaycan Ordusunun tam nəzarətinə keçdi. Bununla da, cinayətkar erməni rəhbərlərinin keçilməz erməni səngərləri haqqında mifi alt-üst edildi. Bildirilib ki, bu döyüşlərin davamı olan 2020-ci il 44 günlük müharibədə isə bütün torpaqlarımız işğaldan azad olundu.