Regionlarda 28 May - Müstəqillik Gününə həsr edilmiş tədbirlər keçirilib
29 may 2024, 08:42

Mayın 27-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Lənkəran Regional Elmi Mərkəzində 28 May - Müstəqillik Gününə həsr edilmiş tədbir keçirilib. Tədbirdə AMEA-nın Lənkəran Regional Elmi Mərkəzinin direktoru Mehman Əliyev, Mərkəzin elmi işçiləri, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Lənkəran bölgəsi üzrə şöbəsinin əməkdaşları - Emin Həmidli, Səyyad Babakişiyev və gənclər iştirak ediblər.

***

Daha bir analoji tədbir mayın 28-də İsmayıllı rayonunda keçirilib. Tədbirdə DQİDK-nın Şamaxı bölgəsi üzrə şöbəsinin əməkdaşı Aydın Səmədov, Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Nəsimi Teymurov, Qafqaz Müsəlmanları İdarəsinin səlahiyyətli nümayəndələri Qaya Xalıqov və Vasif Teymurov, din xadimləri, dini icma üzvləri və gənclər iştirak ediblər.

***

Mayın 29-da Hacıqabul şəhər  5 saylı tam orta məktəbində keçirlən tədbirdə DQİDK-nın Şirvan bölgəsi üzrə şöbəsinin aparıcı məsləhətçisi Sadiq Məmmədov, müəllimlər və şagirdləri iştirak ediblər.

Çıxışlar zamanı Azərbaycan Xalq Cümhuriyyətinin dövlətçilik tariximizdə mühüm hadisə olduğu qeyd edilib. Xalq Cümhuriyyətinin qısa zaman ərzində gördüyü işlərə və əldə edilmiş uğurlara diqqət çəkilib. 1918-1920-ci illərdə mövcud olan dövlət-din münasibətləri barədə iştirakçılar məlumatlandırılaraq qeyd edilib ki, bugünkü müstəqil Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin siyasi və mənəvi varisidir.

Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.