20 Yanvar faciəsinin 35-ci ildönümü münasibətilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) regional bölmələri rayon (şəhər) icra hakimiyyətləri, eləcə də müvafiq qurumlarla birgə bölgələrdə anım tədbirləri həyata keçirir.
Yanvarın 15-də Yevlax şəhərində “20 Yanvar – qürur və qan yaddaşımız” mövzusunda tədbir keçirilib. Tədbirdə DQİDK-nın Yevlax regional bölməsinin aparıcı məsləhətçisi Valeh Rəşidov, mədəniyyət işçiləri, gənclər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
***
Yanvarın 15-də Balakən şəhəri Nəsimi adına 2 nömrəli tam orta məktəbdə “Azadlığa gedən yol” mövzusunda tədbir təşkil olunub. Tədbir DQİDK-nın Zaqatala regional bölməsinin baş məsləhətçisi Elməddin Atakişiyev, Balakən Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsi müdirinin müavini Fariz Nəcəfov, Rayon Təhsil Sektorunun müdiri Mehparə Mirzəyeva, müəllimlər və məktəblilərin iştirakı ilə baş tutub.
***
Yanvarın 15-də Quba rayonunda Dövlət Komitəsinin Quba-Xaçmaz regional bölməsinin müdir müavini Elnur Ağasiyev, İnsan Hüquqları üzrə Müvəkkilin Şimal regional mərkəzinin rəhbəri Bəhruz Əfəndiyev, Rayon İH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Anar Məmmədov, din xadimləri, dini icmaların nümayəndələrinin iştirakı ilə “20 Yanvar – müstəqilliyimizin simvolu” mövzusunda tədbir keçirilib.
***
Yanvarın 16-da Ucar rayonunda “20 Yanvar – qəhrəmanlıq və şərəf tarixi” mövzusunda tədbir təşkil olunub. Tədbirdə Dövlət Komitəsinin Göyçay regional bölməsinin aparıcı məsləhətçisi Rauf Nəsirov, din xadimləri və dini icma sədrləri iştirak ediblər.
***
Yanvarın 16-da İmişli rayonunda da faciə qurbanlarının xatirəsi anılıb. Belə ki, “20 Yanvar – xalqımızın qəhrəmanlıq salnaməsi” mövzusunda tədbir keçirilib və tədbirə DQİDK-nın Mil-Muğan regional bölməsinin əməkdaşı Bəhrəm Abbaslı, Regional Gənclər və İdman İdarəsinin əməkdaşı Ramin Fərəcov, gənclər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
***
Yanvarın 16-da Qobustan şəhəri A.Qayıblı adına 3 saylı tam orta məktəbdə “20 Yanvar – Xalqımızın azadlıq və zəfər yolunun başlanğıcı” mövzusunda tədbir keçirilib. Tədbirdə DQİDK-nın Dağlıq Şirvan regional bölməsinin əməkdaşı Nahid Babaşov, Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Həsən Əhmədli, müəllimlər və şagirdlər iştirak ediblər.
***
Yanvarın 16-da Masallı rayon Rəhim Tağıyev adına Tarix-Diyarşünaslıq muzeyində “20 Yanvar: Unudulmayan faciə” mövzusunda tədbir keçirilib. Tədbirdə DQİDK-nın Masallı regional bölməsinin müdiri Elvin Hüseynli, Rəhim Tağıyev adına Masallı rayon Tarix-Diyarşünaslıq Muzeyinin direktoru Əntiqə Tağıyeva, Ombudsman Cənub Regional Mərkəzinin rəhbəri Ziya İsmayılov, qazilər, gənclər və ictimaiyyət nümayəndələri iştirak ediblər. Eyni zamanda yanvarın 20-də Masallı rayonunun din xadimlərinin iştirakı ilə şəhidlərin xatirəsi ehtiramla yad edilib.
***
Daha bir anım tədbiri yanvarın 16-da Tovuz rayonunda baş tutub. Tədbirdə DQİDK-nın Qazax-Tovuz regional bölməsinin müdiri vəzifəsini icra edən Pərvin Zeynalov, Tovuz Peşə Liseyinin müəllimləri və tələbələri iştirak ediblər.
***
Yanvarın 17-də Gəncə şəhərində "20 Yanvar - Ümumxalq Hüzn Günü, xalqımıza qarşı törədilən terror" mövzusunda tədbir keçirilib. Tədbirdə Dövlət Komitəsinin Gəncə-Daşkəsən regional bölməsinin müdiri Həsən Məmmədov, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Qərb bölgəsi üzrə səlahiyyətli nümayəndəsi Tahir Abbasov, dini konfensiya nümayəndələri, dini icma sədrləri və din xadimləri iştirak ediblər.
***
Yanvarın 17-də Zərdab rayonunda DQİDK-nın Göyçay regional bölməsinin məsləhətçisi Sədi Hüseynov, Zərdab rayon Mədəniyyət Mərkəzinin direktoru Elyurə Məmmədova, Uşaq və Ailələrə Dəstək Mərkəzinin direktoru Ləman Səfərəliyeva və ictimaiyyət nümayəndələrinin iştirakı ilə 20 yanvar şəhidlərinin xatirəsi anılıb.
***
Yanvarın 17-də Oğuz rayonunda “Azərbaycan xalqının qəhrəmanlıq səhifəsi” mövzusunda təşkil olunan tədbirə Dövlət Komitəsinin Şəki regional bölməsinin əməkdaşı Samir Salehov və ictimaiyyət nümayəndələri qatılıblar.
***
Yanvarın 19-da Lənkəranda Dövlət Komitəsinin Lənkəran regional bölməsinin müdiri Qağayı Məmmədov, bölmənin əməkdaşları, Lənkəran ŞİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavin Sehran Alışov, QMİ-nin bölgə qazısı Qəni Axundzadə, dini icma sədrləri və din xadimlərinin iştirakı ilə şəhidlərimizin xatirəsi anılıb.
***
Yanvarın 19-da Dövlət Komitəsinin Dağlıq Şirvan regional bölməsinin müdiri Elnur Mehdiyev, bölmənin əməkdaşları, icra hakimiyyətlərinin nümayəndələri, QMİ-nin bölgə qazısı Mərəhmət Mustafayev, dini icma sədrləri və din xadimlərinin iştirak etdiyi anım tədbirləri Şamaxı, İsmayıllı və Ağsu rayonlarında baş tutub.
***
Yanvarın 19-da Göyçayda DQİDK-nın Göyçay regional bölməsinin müdiri vəzifəsini icra edən Əzim Rəfiyev, din xadimləri və dini icma sədrlərinin iştirakı ilə 20 Yanvar - Ümumxalq Hüzn Günü ilə əlaqədar tədbir təşkil olunub.
***
Yanvarın 20-də Şirvan şəhəri, Salyan, Biləsuvar və Hacıqabul rayonlarında 20 Yanvar şəhidlərinin xatirəsi anılıb. Tədbirlərdə Dövlət Komitəsinin Şirvan-Salyan regional bölməsinin müdiri vəzifəsini icra edən Sənan Xəlilov, bölmənin əməkdaşları, din xadimləri və dini icma sədrləri iştirak ediblər.
***
Yanvarın 20-də DQİDK-nın Abşeron-Xızı regional bölməsinin müdiri Yalçın Abdullayev, şöbənin əməkdaşları, Sumqayıt şəhəri, Abşeron və Xızı rayonlarında fəaliyyət göstərən dini konfessiyaların nümayəndələri, həmçinin din xadimlərinin iştirakı ilə Sumqayıt Şəhidlər xiyabanı ziyarət edilib, şəhidlərimizin əziz xatirəsi yad olunub.
***
Yanvarın 20-də Quba, Xaçmaz, Qusar, Şabran və Siyəzən rayonlarının din xadimləri, dini konfessiya nümayəndələri, Dövlət Komitəsinin Quba-Xaçmaz regional bölməsinin müdir müavini Elnur Ağasiyev, həmçinin bölmənin əməkdaşları rayonların Şəhidlər xiyabanlarını ziyarət ediblər.
Çıxışlarda Vətən uğrunda qəhrəmancasına canından keçən şəhidlərimizin xatirəsinin xalqımız və dövlətimiz tərəfindən hər zaman ehtiramla yad olunduğu qeyd edilib. 20 Yanvar faciəsinin Azərbaycan xalqının müstəqillik uğrunda mübarizəsində oynadığı roldan danışılaraq vurğulanıb ki, bu hadisə Azərbaycan xalqının yaddaşına qürur günü kimi yazılıb. Diqqətə çatdırılıb ki, 20 Yanvar hadisələrindən sonra Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələn Ümummilli Lider Heydər Əliyev bu vəhşiliyi kəskin şəkildə pisləyib, əliyalın xalqa qarşı törədilən terroru hüquqa, demokratiyaya, insanlığa zidd aksiya adlandırıb.