Ramazan ayının başlanması ilə əlaqədar tədbir keçirilib
11 mart 2024, 09:30

Martın 10-da Şirvan-Salyan bölgəsinin din xadimlərinin iştirakı ilə Ramazan ayının başlanmasıyla əlaqədar tədbir keçirilib.

Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin bölgə şöbəsinin müdiri Sənan Xəlilov, Qafqaz Müsəlmanları İdarəsinin qazısı Hüsnü  Həsənov, Şirvan şəhəri, Hacıqabul, SalyanNeftçala və Biləsuvar rayonlarının din xadimləri iştirak ediblər.

Çıxışlarda Ramazan ayının başlanması ilə əlaqədar din xadimlərinin qarşısında duran  vəzifələr müzakirə edilib. Bununla bağlı tapşırıq və tövsiyələr verilib.