Ramazan ayının başlaması ilə əlaqədar Göyçayda tədbir keçirilib
14 mart 2024, 06:43

Martın 13-də Ramazan ayının başlaması ilə əlaqədar Göyçay rayonunda tədbir keçirilib.

Keçirilən tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin bölgə şöbəsinin müdiri  İlham Qəribov, şöbənin əməkdaşı Əzim Rəfiyev, Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Vüsal Zöhrabov, QMİ-nin səlahiyyətli nümayəndələri, dini icma sədrləri və din xadimləri iştirak ediblər.

Çıxışlar zamanı QMİ-nin Ramazan ayı ilə bağlı fətvasına və qanunvericiliyin tələblərinə əməl edilməsinin vacibliyi vurğulanıb, eyni zamanda, təfriqə xarakterli, məzhəb və vaxt ayrı-seçkiliyinə səbəb ola biləcək təqvimlərdən istifadənin yolverilməzliyi diqqətə çatdırılıb.
Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.