"Radikalizmə qarşı mübarizədə gənclərin rolu" mövzusu müzakirə edilib
05 may 2022, 08:27

May ayının 5-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Yevlax bölgəsi üzrə şöbəsi, Bərdə Rayon Gənclər və İdman İdarəsinin (Gİİ) birgə təşkilatçılığı ilə Bərdə rayon Saatlı kənd tam orta məktəbində "Radikalizmə qarşı mübarizədə gənclərin rolu" mövzusunda tədbir keçirilib.

Təşkil edilən tədbirdə DQİDK-nın Yevlax bölgəsi üzrə şöbəsinin aparıcı məsləhətçisi Vüqar Verdiyev,  Gİİ rəisinin müavini Aydın Qasımov, məktəbin direktoru Vüqar Quliyev və şagirdlər  iştirak ediblər. 

Əvvəlcə ölkəmizin ərazi bütövlüyü uğrunda öz canlarından keçərək Şəhid olmuş qəhrəmanlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Çıxış edənlər ölkəmizdə multikultural dəyərlərin, dini dözümlülüyün nümunəvi formada olmasından, Prezident İlham Əliyev tərəfindən hər zaman milli, dini dəyərlərimizə göstərilən diqqət və qayğıdan bəhs ediblər. Bu gün cəmiyyətin bəlasına çevrilən və gənclər arasında radikal fikirlərin yayılmasına səbəb olan mənfi tendensiyalardan danışan tədbir iştirakçıları bütün bunlara qarşı mübarizədə təhsilin önəminə toxunublar. Eyni zamanda Azərbaycanda olan tolerantlıq və multikulturalizmin  bütün dünya üçün nümunəvi olduğu, bu sahədə Dövlət Komitəsinin fəaliyyəti diqqətə çatdırılıb.

Sonda məktəbliləri maraqlandıran suallar cavablandırılıb.