Sentyabrın 30-da Qusar rayonunda yerləşən “N” saylı hərbi hissədə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Quba-Xaçmaz regional bölməsinin təşkilatçılığı ilə “Azərbaycanda ənənəvi İslam və xarici təsirlər” mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbirdə regional bölmənin müdir müavini Elnur Ağasıyev, Qafqaz Müsəlmanları İdarəsinin səlahiyyətli nümayəndəsi Fəryəddin Rəhimxanov və hərbi hissənin şəxsi heyəti iştirak edib.
Çıxışlar zamanı dini radikalizm anlayışı, dini radikalizmin və ekstremizmin yaranma səbəbləri, onların cəmiyyətə vurduğu mənəvi və sosial fəsadlar barədə ətraflı məlumat verilib. Dini radikalizmdən qorunmağın yolları, xüsusilə gənclərin bu cür təsirlərdən uzaq tutulmasının vacibliyi vurğulanıb. Qeyd olunub ki, ölkəmizdə mövcud olan multikulturalizm və tolerantlıq mühiti xalqımızın əsrlər boyu formalaşdırdığı mənəvi dəyərlərə əsaslanır.