Qusarda yerləşən hərbi hissədə maarifləndirmə tədbiri keçirilib
21 yanvar 2025, 01:49

Yanvarın 18-də Qusar şəhərində yerləşən “N” saylı hərbi hissədə Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Quba-Xaçmaz regional bölməsinin təşkilatçılığı ilə “Hərbi qulluqçuların vətənpərvərlik ruhunun və mənəvi-psixoloji hazırlığının yüksəldilməsində milli-mənəvi dəyərlərimizin rolu” mövzusunda tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Quba-Xaçmaz regional bölməsinin müdir müavini Elnur Ağasiyev, Qusar şəhər “Mustafa Kazdal” məscidinin imam müavini Alim Ələddinov, eləcə də hərbçilər iştirak ediblər.

Çıxışlarda hərbi hissələrdə mütəmadi keçirilən maarifləndirmə tədbirlərinin əhəmiyyətindən danışılıb. Eyni zamanda hərbi qulluqçuların vətənpərvərlik ruhunun və mənəvi-psixoloji hazırlığının yüksəldilməsində milli-mənəvi dəyərlərimizin rolundan bəhs olunub.

Tədbir hərbçilərin suallarının cavablandırılması ilə davam etdirilib.