Dekabrın 7-də Qusar rayonunda “Radikal və ekstremist təmayüllü dini cərəyanların mahiyyəti və gənclərə psixoloji təsir üsulları” mözusunda tədbir keçirilib.
Tədbirdə təşkilatçı qurumların nümayəndələri – Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Quba bölgəsi üzrə şöbəsinin əməkdaşı Elnur Ağasiyev, Qusar rayon Gənclər və İdman İdarəsinin rəis müavini Ramin Məcidov, QMİ-nin Qusar rayonu üzrə səlahiyyətli nümayəndəsi Fəryaddin Rəhimxanov, eləcə də gənclər iştirak ediblər.
Tədbirdə çıxış edənlər dini radikalizmin mahiyyəti və onunla mübarizə yollarından danışıblar. Bildirilib ki, Azərbaycanda dini radikalizmə qarşı fəal və məqsədyönlü maarifləndirmə işləri aparılır. Eyni zamanda, gənclərin radikal dini cərəyanların təsiri altına düşməsindən qorunması və dini radikalizmin fəsadları ilə bağlı da fikir mübadiləsi aparılıb.
Sonda gəncləri maraqlandıran suallar cavablandırılıb.