Qusarda “Multikultural cəmiyyətdə məzhəbçilik və dini təəssübkeşlik meyillərinin yaratdığı problemlər” mövzusunda seminar keçirilib
19 may 2022, 07:12

Mayın 19-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Quba bölgəsi üzrə şöbəsi, Qusar Peşə Liseyi və Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) birgə təşkilatçılığı ilə Qusar Peşə Liseyinin akt zalında “Multikultural cəmiyyətdə məzhəbçilik və dini təəssübkeşlik meyillərinin yaratdığı problemlər” mövzusunda seminar keçirilib.

Seminarda DQİDK-nın Quba bölgəsi üzrə şöbəsinin müdiri Eynulla Nurullayev, şöbənin əməkdaşları, Qusar Peşə Liseyinin İmaməddin Zəkiyev, QMİ-nin Qusar rayonu üzrə səlahiyyətli nümayəndəsi Fəryaddin Rəhimxanov, müəllim və tələbələr iştirak ediblər.

Çıxış edənlər Azərbaycanda həyata keçirilən multikultural siyasət, tolerantlıq haqqında danışaraq milli birliyimizin qorunmasının əhəmiyyətini qeyd ediblər. Məzhəbçilik və dini təəssübkeşliyin insanlar arasında bölücülük aparılması baxımından zərərləri haqqında danışılan tədbirdə azərbaycançılıq məfkurəsinin ölkəmizdə yaşayan müxtəlif xalq və etnosları, həmçinin ayrı-ayrı konfessiya nümayəndələrini birləşdirdiyi bildirilib.  

Sonda iştirakçıların sualları cavablandırılıb, mövzu üzrə müzakirələr aparılıb və DQİDK tərəfindən nəşr edilən müvafiq ədəbiyyat hədiyyə edilib.