Qusarda maarifləndirmə tədbiri keçirilib
11 mart 2025, 07:18

Martın 11-də Qusar rayonunun Avaran kəndində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Quba-Xaçmaz regional bölməsinin təşkilatçılığı, Rayon İcra Hakimiyyəti və  Quba-Xaçmaz Regional Təhsil İdarəsinin dəstəyi ilə “Xalqımızın tolerantlıq ənənələrinin və multikulturalizm siyasətinin milli həmrəyliyimizin möhkəmlənməsində önəmi” mövzusunda tədbir keçirilib.

Tədbirdə Dövlət Komitəsinin Quba-Xaçmaz regional bölməsinin məsləhətçisi Mehman Məmmədov, ziyalılar və gənclər iştirak ediblər.

Çıxışlarda Azərbaycanın tarixən müxtəlif dinlərin və xalqların nümayəndələrinin qarşılıqlı hörmət, həmrəylik və dözümlülük şəraitində yaşadığı, müxtəlif mədəniyyətlərin həm coğrafi, həm də mədəni baxımdan qovuşduğu unikal bir məkan olduğu qeyd edilib. Vətən müharibəsindəki qələbəmizdə və milli həmrəyliyimizin möhkəmlənməsində xalqımızın zəngin milli-mənəvi, tolerant və multikultural dəyərlərinin mühüm rolu diqqətə çatdırılıb.

Sonda iştirakçıların sualları cavablandırılıb.