Qusarda dini radikalizm mövzusu müzakirə olunub
06 mart 2025, 06:16

Martın 5-də Qusar rayonunun Quxuroba kəndində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Quba-Xaçmaz regional bölməsinin təşkilatçılığı, Qusar Rayon İcra Hakimiyyəti və Quba-Xaçmaz Regional Təhsil İdarəsinin dəstəyi ilə “Radikal, ekstremist təmayüllü dini cərəyanların fəaliyyəti və fəsadları” mövzusunda maarifləndirmə tədbiri keçirilib.
Tədbirdə Dövlət Komitəsinin regional bölməsinin məsləhətçisi Mehman Məmmədov, müəllimlər və məktəblilər iştirak ediblər.

Çıxışlarda radikalizmin yaranma, yayılma səbəbləri, onunla mübarizə metodları, radikalizmdən qorunma üsulları haqqında məlumat verilib. Radikalizm və ekstermizmin təzahürlərini aradan qaldırması üçün insanlar arasında sülh, tolerantlığın təbliğ edilməsi, gənclərin düzgün dini bilgilərə yiyələnmələrinin və elmə, təhsilə xüsusi diqqət ayırmalarının  vacibliyi vurğulanıb.

Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.