Qusar, Samux və Şəkidə maarifləndirmə tədbirləri keçirilib
11 mart 2026, 15:28

Martın 10-da Qusar rayonu Piral kənd tam orta məktəbində “Mənəvi dəyərlər kontekstində erkən nikahın fəsadları“ mövzusunda maarifləndirici tədbir keçirilib. Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Quba-Xaçmaz regional bölməsinin məsləhətçisi Mehman Məmmədov, Rayon İcra Hakimiyyəti (RİH) başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər sektorunun müdiri Kamran Sədullayev, Qusar şəhər “Mustafa Kazdal” məscidinin dini ayinlərinin icraçısı Vadir Mustafayev, müəllimlər və məktəblilər iştirak ediblər.
*** *** ***
Martın 11-də Samux rayonun Nizami Gəncəvi adına Sərkar kənd tam orta məktəbində “Dini fanatizm və radikalizmin cəmiyyətə, ailəyə və gənclərə təsiri” mövzusunda tədbir keçirilib. Tədbirdə Dövlət Komitəsinin Gəncə–Daşkəsən regional bölməsinin əməkdaşı Rövşən Hacıyev, RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər sektorunun müdiri Emin Şəmmədov, rayon Gənclər və idman sektorunun müdiri Rasim İmamquliyev, müəllimlər və məktəblilər iştirak ediblər.
*** *** ***
Martın 11-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şəki filialında “Dini radikalizm və fanatizmin cəmiyyətə, ailəyə və gənclərə təsiri” mövzusunda maarifləndirici tədbir keçirilib. Tədbirdə Dövlət Komitəsinin Şəki-Zaqatala regional bölməsinin məsləhətçisi Minarə Məmmədhüseynova, müəllimlər və tələbələr iştirak ediblər.

Çıxışlarda erkən nikahın mənfi nəticələri, eləcə də dini radikalizmin cəmiyyət və gənclər üçün yaratdığı təhlükələr barədə məlumat verilib. Bu cür maarifləndirmə tədbirlərinin mütəmadi keçirilməsinin zəruri olduğu diqqətə çatdırılıb.
Sonda iştirakçıların sualları cavablandırılıb.