İyulun 22-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) İmişli bölgəsi üzrə şöbəsi, Qubadlı rayonunda yerləşən “N” saylı hərbi hissənin birgə təşkilatçılığı ilə “İslamda insan: bəşərin əşrəfi kimi” mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbirdə DQİDK-nın İmişli bölgəsi üzrə şöbəsinin əməkdaşları Cəfərsadiq Cəfərli, Elvin İbrahimov, “N” saylı hərbi hissə komandirinin ideoloji və mənəvi psixoloji təminat üzrə şöbə rəisi Rauf Niyazov, Qarallar kənd dini icmasının sədri, imamı və Vətən müharibəsi iştirakçısı Səbuhi İbadov, hərbi qulluqçular və şəxsi heyət iştirak edib.
Əvvəlcə şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Çıxışlarda bu cür maarifləndirmə tədbirlərinin hərbi hissələrdə keçirilməsinin əhəmiyyəti vurğulanıb. Müzəffər Ali Baş Komandan Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun Vətən müharibəsində qazandığı zəfərdən bəhs olunub.
Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.