Qubadlı məktəbində “Zəfərə aparan yol – milli, dini həmrəyliyimiz” mövzusunda tədbir keçirilib
03 noyabr 2021, 07:43

Noyabrın 3-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Sumqayıt bölgəsi üzrə şöbəsi və Qubadlı Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Qubadlı rayonu Xocahan kənd tam orta məktəbində “Zəfərə aparan yol – milli, dini həmrəyliyimiz” mövzusunda tədbir keçirilib.

Tədbirdə Komitənin Sumqayıt bölgəsi üzrə şöbəsinin əməkdaşı Ülvi Məmmədov, Qubadlı Rayon İcra Hakimiyyətinin nümayəndəsi Elşən Qəhrəmanov, məktəb direktoru Sevinc Məmmədova, müəllimlər və şagirdlər iştirak ediblər.

Çıxışlarda mövzunun əhəmiyyətindən danışılıb. Vurğulanıb ki, Prezident İlham Əliyevin ətrafında sıx birləşən Azərbaycan xalqı 30 illik işğala cəmi 44 günə son qoydu və bununla da tariximizdə yeni səhifə yazıldı. Vurğulanıb ki, bütün dünya Azərbaycan xalqının Zəfər məramına, milli kimlik mücadiləsinə, torpaq və Vətən sevgisinə şahidlik etdi.