Qubadlı gənclərinin iştirakı ilə “Dini radikalizm və ekstremizmə qarşı mübarizə” mövzusunda tədbir keçirilib
11 yanvar 2024, 09:22
Yanvarın 11-də Qubadlı gənclərinin iştirakı ilə Sumqayıt şəhərindəki Dəmirçilər kənd tam orta məktəbində “Dini radikalizm və ekstremizmə qarşı mübarizə” mövzusunda tədbir keçirilib.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Sumqayıt bölgəsi üzrə şöbəsinin müdir müavini Ülvi Məmmədov, şöbənin əməkdaşı Təbib Məmmədov, Qubadlı Rayon Gənclər və idman sektorunun müdiri İslam Allahverdiyev, Sumqayıt şəhər Cümə məscidinin imamı Gülağa İsmayılov, müəllim və məktəblilər iştirak ediblər.
Çıxışlarda dini radikalizmin fəsadlarından bəhs olunub. Eyni zamanda dini ekstremizmə qarşı mübarizə metodlarından danışılıb. Bu sahədə dini maarifləndirmə əhəmiyyəti vurğulanıb.
Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.