Qubada və Qusarda maarifləndirici tədbirlər keçirilib
05 dekabr 2025, 15:23

Dekabrın 3-də Quba rayonu Qaraçay qəsəbəsində “Uşaqlar arasında sağlam həyat tərzinin təbliği” mövzusunda maarifləndirici tədbir təşkil olunub. Tədbirdə İnsan Hüquqları üzrə Müvəkkilin Şimal regional mərkəzinin rəhbəri Bəhruz Əfəndiyev, Dini Qurumlarala İş üzrə Dövlət Komitəsinin Quba-Xaçmaz regional bölməsinin müdir müavini Elnur Ağasiyev, Rayon İcra Hakimiyyətinin əməkdaşı Cahid Mustafayev, Regional Gənclər və İdman İdarəsinin əməkdaşı Şükür Sultanov, müəllimlər, gənclər və yeniyetmələr iştirak ediblər.
*** *** ***

Dekabrın 3-də Qusar rayonunun Köhnə Xudat kənd tam orta məktəbində “Yeniyetmə və gənclərin pis vərdişlərdən yayınmasında mənəvi və dini dəyərlərin rolu” mövzusunda maarifləndirici tədbir keçirilib. Tədbirdə Dövlət Komitəsinin Quba-Xaçmaz regional bölməsinin məsləhətçisi Mehman Məmmədov, Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Kamran Sədullayev, gənclər və yeniyetmələr iştirak ediblər.
Tədbirlərdə mövzuların aktullağından danışılıb. Yeniyetmə və gənclərin pis vərdişlərdən yayınmasında mənəvi və dini dəyərlərin rolundan bəhs olunub. Pis vərdişlərə qarşı effektiv mübarizənin ilkin yolu kimi düzgün maariflənmə, gənc nəslin daha savadlı olmalarının əhəmiyyəti vurğulanıb.
Hər iki tədbir müzakirələrlə davam etdirilib, iştirakçıların sualları aidiyyəti üzrə cavablandırılıb.