Qubada şəhid ailələrinin üzvləri və din xadimlərinin iştirakı ilə tədbir keçirilib
14 oktyabr 2021, 07:16

Oktyabrın14-də Quba rayonu Zizik kənd məscidində “Vətənpərvərlik nümunəsi: qazilik və şəhidlik” mövzusunda tədbir keçirilib.  

Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Quba bölgəsi üzrə şöbəsinin müdiri Eynulla Nurullayev, İnsan Hüquqları üzrə müvəkkilin Quba regional mərkəzinin direktoru Bəhruz Əfəndiyev, din xadimləri, ziyalılar, şəhid ailələrinin üzvləri və qazilər iştirak ediblər.

Çıxışlar zamanı bildirilib ki, xalqımız Vətəninə, torpağına bağlı qəhrəmanlar yetişdirən xalqdır. O da vurğulanıb ki, gələcək nəsillər şəhidlərimizi hər zaman böyük minnətdarlıq duyğusu ilə yad edəcəklər. Hər birimizin vətəndaşlıq borcudur ki, qəhrəmanlıqları ilə bizə qələbə sevinci yaşadan oğullarımızı daim qəlbimizdə yaşadaq.