Qubada “Ramazan – sülh, yardımlaşma və həmrəylik ayı” mövzusunda tədbir keçirilib
10 mart 2025, 09:04

Martın 10-da Quba rayonu İkinci Nügədi kəndində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Quba-Xaçmaz regional bölməsinin təşkilatçılığı və Quba Rayon İcra Hakimiyyətinin dəstəyi ilə “Ramazan – sülh, yardımlaşma və həmrəylik ayı” mövzusunda tədbir keçirilib.
Tədbirdə Dövlət Komitəsinin Quba-Xaçmaz regional bölməsinin müdir müavini Elnur Ağasiyev, İkinci Nügədi kənd bələdiyyəsinin sədri Alim Mütəllimov, “Molla Hud” məscidi dini icmasının sədri və imamı İlkin Qayıbov, eləcə də ictimaiyyət nümayəndələri iştirak ediblər.
Çıxışlarda bildirilib ki, Azərbaycan xalqının milli birliyinin möhkəmlənməsində və dini vəhdətin yaranmasında mənəvi dəyərlərimizin rolu danılmazdır. Diqqətə çatdırılıb ki, xalqımız tarixin ən çətin dövrlərində də öz zəngin milli-mənəvi irsini və adət-ənənəsini qoruyub saxlayıb. Eyni zamanda Ramazan ayının sülh, yardımlaşma və həmrəylik ayı olduğu vurğulanıb.

Sonda iştirakçıların sualları cavablandırılıb.